Soyqırım nağılı...

Hazırda oxunan: Soyqırım nağılı...

75976
                                                            I YAZI

Nağıl dünya xalqlarının şifahi xalq ədəbiyatının ən geniş yayılmış janrlarından biridir. Sözün özü danışmaq, söyləmək və bəzən də  nağıl etmək mənasında işlədılır. Əziz oxucu, yazıda mənim məqsədim heç də şifahi xalq ədəbiyyatının geniş yayılmış bu janrının təhlilini vermək deyildir. Səninlə olan bu söhbətimdə mən 100 ıl söylənilən və bu gün də  Avropanın şuuruna ,əməlinə yeridilərək ”˜”™həqiqətə”™”™ çevrilməkdə olan bir nağıldan bəhs etmək istəyirəm. Adətən nağılı yaradanların adı bəlli olmur, lakin”™”™ermeni soyqırımı”™”™ adalanan bu nağılın yaradıcıları məlumdur. Bu mübaliğəsiz bədii yaradıcılıq istedadına malik olan daşnaksütun siyasiləridir. Əsrin əvvəllərində  siyasilər yaratdıqları bu nağılda özlərinin ”™”™Böyük Ermenistan”™”™ haqqında olan romantik fikir və xəyallarını, ifadə etmişdilər. Heç bir ağıla, xalq müdrikliyinə, düşüncəyə, tarixi fakta əsaslanmayan bu nağıl özündən sonra gələn nəsilləri zaman-zaman məşğul etmiş və ümumerməni malı olmuşdur. Bu gün haqdan,ədalətdən dəm vuran inkişaf etmiş dövlətlərin parlamentarları erməni axçilərinin söylədikləri ”˜”™ermeni soyqırımı”x9d nağılını bir həqiqət olaraq qəbul etmişlər.Halbuki, bu mifi ifşa edən yüzlərlə kitab, məqalə çap edilmişdir. Özü də Avropada, Qərbdə, qərb müəllifləri tərəfindən. Bu  mənbələrdə göstərildiyi kimi  1914-cü ildə qərb dövlətləri tərəfindən məcburən I Dünya savaşına qatılan Osmanlı Sultanlığı dörd cəbhədə yunan, ingilis, fransız işğalçılarına qarşı ölüm-dirim savaşı aparırdı. Lakin ən qorxulu düşmən arxada idi. Arxada isə yunan tarixçilərinin yazdığı kimi erməni komitəçiləri və silahlı quldur dəstələri dinc müsəlman -türk əhalisinə divan tutur, kəndləri sakinləri ilə bərabər  məhv edirdilər. Bu qırğınlar nəticəsində bir milyona yaxın türk-müsəlman əhalisi-qadın,uşaq qoca, yeniyetmə həlak oldu. Ancaq nə olsun ki,  elə həmin ilin oktyabrında erməni nağılbazları utanıb qızarmadan “erməni genosidi”x9d haqqında Avropa qəzetlərində haray-həşir saldılar. Elə o zaman Britaniyanın Batumdakı konsulu öz ölkəsinin hökümətinə göndərdiyi məktubda bu haqda yazırdı:”x9dBu erməni təbliğatının çaldığı şeypurdur və ona görə də buna inanmaq olmaz”x9d ancaq əfsuslar olsun ki, konsulun dediyi şeypurlar indi də çalınır, özü də yüz il bundan əvvəl çalındığından daha da güçlü, möhkəm. O vaxtlar “soyqırım”x9d nəticəsində 300 min erməninin məhv edildiyini deyənlər, bu gün “qətliam qurbanlarının”x9d sayının bir milyon yarıma çatdığını deyirlər, halbuki, o dövrdə erməni əhalisinin sayı bir az ondan artıq idi. Maraqlısı budur ki, göstərilən rəqəmləri təsdiq edən tarixi fakt, sənəd yoxdur. Hətta erməni mənbələrinin özündə belə. Bəli. Iş gəlib elmi-tarixi sübutlara çatanda erməni nağılı qeyri-təbii, qeyri-həyati, bir sözlə mif olur.Dillərində “erməni soyqırımı”x9d nağılı ilə Avropanı addım-addım fəth edən erməni nağılbazları fantastik ixtira edərək 1988-ci ildə Sumqayıt şəhərində özlərinin törətdikləri qətliamı əsrin əvvəllərində Türkiyədə başlamış “erməni soyqırımının”x9d əsrin sonunda Azərbaycanda davam etdirilməsi kimi şüurlara yeridirlər. Məqsədlərinə çatacaqlarmı? Bunu zaman göstərəcəkdir. Əslində nələr baş vermişdir.? Yunan tarixçiləri yazırlar ki, “Türk ordusu qarşısında geri çəkilən silahlı ermənilər ətrafdakı müsəlman kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçiririr, təsəvvürə gəlməyən bir dəhşət və fəlakət törədirdilər. Qalib  “erməni ordusu süngü ucuna taxılmış südəmər uşaqlarla çılpaq, soyundurulmuş müsəlman qadınlarını keçdikləri yolların ətrafına düzürdülər.”x9d Bəli. ermənilərin bu vəhşilikləri yuxarıda qeyd etdiyimiz kimi minlərlə türkün həyatına son qoydu. Lakin bir-birinin ardınca düşmənlər üzərində qələbə qazanan Türk ordusu erməni azğınlıqlarının qarşısını alaraq onlara birdəfəlik “dur”x9d dedi. Ancaq o durmadı”¦. “Böyük Ermənistan”x9d xülyası onu rahat buraxmadı. Bu dəfə hədəf olaraq Azərbaycan türklərini seçdi. Axı onun üçün fərqi yoxdur, Türk türkdür”¦!
                                                                         
II YAZI (davamı)

 1918-ci il. Dünyada gedən yeni oyanış prosesləri. milli azadlıq hərəkatı dalğaları Rusiyanı parçalayırdı. Belə bir vaxtda yenicə azadlığa çıxmış Azərbaycanın başının üstünü erməni-daşnak  birləşmələri kəsdi. 31 mart qırğını nəticəsində on minlərlə Azərbaycan türkü məhv edildi. Qubadakı Soyqırım məzarlığı bunə əyani sübutdur. Məqsədləri 1905-ci ildə olduğu kimi idi: Azərbaycan türklərini bir millət kimi yox etmək və onların əzəli torpaqlarını ələ keçirmək. Ermənilər Andronikin başçılığı ilə Göyçədə, Zəngəzurda, Zəngibasarda yerli əhalini kütləvi surətdə qırmağa başladılar. Minlərlə qoca, qadın, uşaq bu qırğınlar nəticəsində həlak oldular. Erməni qırğınlarının qarşısını qardaş köməyinə gələn Türkiyə aldı. 1920-ci il aprelin 28-də müstəqilliyimiz rus orduları tərəfindən yenildi. Ürəklənmiş ermənilər havadarlarının himayəsi sayəsində sovet imperiyası dövründə də əl altdan öz işini görürdü. Əvvəl Zəngəzur, Göyçə mahalını, sonar İrəvan xanlığını boşaltdılar. Bu boşaltmalar sonralar, 48-50-ci illərdə də davam etdirildi. Əzəli torpaqlarımız erməniləşdirildi və tarixdə olmayan erməni dövləti yaradıldı. Bu proseslər qansız başa çatdısa da xalqımız böyük bir fəlakətə düçar oldu, özü də bunu hiss etmədən. Bəli, bu gün millətimizin başına gələn müsibətlər öz qaynağını həmin o boşaldılmalardan almışdır. Bu gün məhz Qarabağ- Vətən müharibəsi dünya siyasətinin bir qolu kimi öz həllini tapmamaqdadır. Bu il biz Xocalı soyqırımının 23-cü ildönümünü qeyd etdik. 1992-ci il fevralın 25-dən 26-na keçən geçə erməni-rus hərbi birləşmələrinin hücumu nəticəsində  Xocalının 5 min dinc əhalisindən 1500 nəfərdən çoxu şəhid oldu, 8 ailə tamamilə məhv edildi., 421 nəfər yaralandı. 200 nəfər itkin düşdü, yüzlərcə insan girov götürüldü. Bəs nədən Avropa Ermənistandan bunun hesabını sormur!?  Ümumiyyətlə, XX yüzillikdə tariximizdən  belə faktlar çox gətirmək olar. Lakin ortaya suallar çıxır: “görəsən “erməni soyqırımı”x9dnı tanıyan Avropa parlamenti 1915-16-cı illərdə Osmanlı Türkiyəsində ermənilərin kütləvi şəkildə qətlə yetirilməsinin uydurma olduğunu bilmirlərmi və yaxud da Azərbaycan ərazisinin havadarlarının yardımı ilə məhz Ermənistan qoşunları tərəfindən işğal edildiyini bilmirlərmi!? Bilmirlər desək, bu çox sadəlövhlük olardı.Sözsüz ki, burada siyasi maraqların basılıca rol oynadığı, bu maraqlar nəticəsində siyasilərin tarixçilərin və Beynəlxalq hüquq mütəxəssislərinin yerinə yetirəcəyi missiyanı öz üzərlərinə götürərək tarixin özünə xəyanət etdikləri açıqca görünməkdədir. Bizcə, onlar, küçük Ermənistan və küçük erməni millətinin gələcəyi naminə bu qərardan vaz keçsəydilər daha yaxşı olardı. Atalar demişkən: “Dəyənəyin iki başı var”x9d və bu ikinci baş küçük ermənilərin başına dəyə bilər. Amma bu haqsız qərara Türk dünyasından baxanda köksüz quru ağaca bənzəyir və bizlər bu quru ağaca süni surətdə can verənlərə qarşı ləyaqətlə çıxmalı, ardıcıl, düşünülmüş siyasət yürütməli, haqqın kimin tərəfində olduğunu dünyanın ədalət məhkəməsində sübuta yetirməliyik. Yəqin ki, əziz oxucu, “dünyanın ədalət məhkəməsi deyib”x9d düşünəcəksən və sonra da soracaqsan : “Varmı o?...”x9d Bəli, vaxt gələcək  və bu məhkəməni mən, sən, o, biz, siz, onlar, bir sözlə, haqq, ədalət tərəfdarı olanlar quracaqlar.

Məlahət Mürşüdlü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin