Ermənistanla sərhədin delimitasiyası üzrə DÖVLƏT KOMİSSİYASI YARADILDI

Hazırda oxunan: Ermənistanla sərhədin delimitasiyası üzrə DÖVLƏT KOMİSSİYASI YARADILDI

75814

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamda deyilir:

"1. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılsın:

Komissiyanın sədri

Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri

Qazax Rayon İcra Hakimiyyətinin başçısı

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı

Laçın Rayon İcra Hakimiyyətinin başçısı

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin