“2 il yarımdır ki, Azərbaycanda Birləşmiş Krallığı təmsil edirəm və bu, mənim üçün şərəfdir. Öz işimlə bağlı bir çox ölkələrə səyahət etmişəm. Amma Azərbaycan və onun insanları xüsusi seçilir. Nə vaxtsa buradan gedəndə də həmin təssuratlarla ayrılacağam”.
Bu sözləri Bizim.Media-ya eksklüziv açıqlamasında Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Layl Şarp Bakıda keçirilən çay festivalında iştirakı zamanı deyib.
Onun sözlərinə görə Azərbaycan dilinə böyük marağı olduğu üçün dili öyrənir:
MÖVZU İLƏ BAĞLI:
Britaniya səfiri Bərdəyə gedib - FOTO
“Azərbaycan dilində danışmaqdan çox, yazıram və dili öyrənməkdə davam edirəm. Əlbəttə ki, sizlə növbəti müsahibəmizdə Azərbaycan dilində danışacağam”, - deyə səfir qeyd edib.
Ceyms Layl Şarp Şuşadan başqa işğaldan azad olunmuş digər ərazilərə səfər etdiyini deyib:
“Ümid edirəm ki, yaxın günlərdə Şuşaya da getmək imkanım olacaq”, deyə səfir əlavə edib.
Alçina Amilqızı, Bizim.Media