“Brüsseldə ermənilərin bütün cəhdlərinə son qoyuldu” – Hikmət Babaoğlu

Hazırda oxunan: “Brüsseldə ermənilərin bütün cəhdlərinə son qoyuldu” – Hikmət Babaoğlu

75766

“Brüsseldə baş tutan üçtərəfli görüş Azərbaycanla Ermənistan arasında bu vaxta qədər aparılan  mümkün sülh danışıqları prosesinin yeni bir mərhələsi kimi qiymətləndirilə bilər. Hər şeydən öncə ona görə ki, Paşinyan Azərbaycanın irəli sürdüyü beş baza prinsipi  çərçivəsində sülh danışıqlarını qəbul etməsi ilə bağlı şifahi və tərəddüdlü bəyanatından sonra, məhz elə həmin baza prinsipləri əsasında  Brüsseldə nəzərəçarpaçaq razılaşmalar əldə edildi”.

Bu fikirləri millət vəkili Hikmət Babaoğlu mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avrop İttifaqı Şurasının Prezidenti Cozep Borel arasında baş tutan müzakirələri Bizim.Media üçün şərh edərkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Brüssel görüşündə Ermənistanın “ATƏT-in Minsk Qrupu” FİASKOSU: Azərbaycan hansı uğura imza atdı? 


​​​​​​​Deputat ilk növbədə qeyd edib ki, görüşə damğasını vuran məsələlər təkcə müzakirə edilən məsələlər deyil, həm də müzakirə edilməyən məsələlər oldu: 

“Məsələn, erməni tərəfinin bütün israrlarına baxmayaraq heç bir status məsələsi gündəmə daxil edilməmişdi. İkincisi, Azərbaycanın müəyyən etdiyi diplomatik leksikondan kənar heç bir ifadə işlədilmədi. Sadəcə Azərbaycanda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizlik məsələlərinə toxunuldu. Bunula da hər iki mövzuda ermənilərin israrla nəyəsə nail olmaq cəhdlərinə birdəfəlik son qoyuldu”. 

Hikmət Babaoğlu yeni reallıqların Paşinyan tərəfindən dərk edildiyinə diqqət çəkərək bir neçə istiqamət üzrə tərəflərin mövqelərində yaxınlaşmanın olduğunu vurğulayıb:

“Bu yaxınlaşmalar  ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaxın günlərdə komissiyaların görüşməsi istiqamətində baş verdi. Aydındır ki, mümkün sülh prosesi üçün ilk növbədə sərhədlərin qarşılıqlı şəkildə tanınması ən əsas prioritetdir. 
İkincisi, kommunikasiyaların açılması və iqtisadi əlaqlərin bərpası istiqaməti üzrə baş nazirlərin müavinləri səviyyəsində görüşün olması ilə bağlı razılığın əldə edilməsi vacib məsələdir ki, burada bir çox istiqamətlər kompleks olaraq nəzərdən keçiriləcək. 

Elə bu blokda ən əsas məsələrdən biri də gömrük qaydlarının müəyyənləşdirilməsi üzrə razılaşmanın əldə edilməsidir. Əslində danışıqların irəliyə doğru getməsinə mane olan əsas məsələlərdən biri də bu idi. Çünki bu mövzu Laçın dəhlizi və Zəngəzur dəhlizi üzrə paralellik  təşkiletmə baxımından aktual idi.

Digər mühüm blok humanitar blok idi ki, burada da mina xəritələrinin verilməsi, erməni terrorçularının qaytarılması və birinci Qarabağ savaşında itikin düşmüş 4 minədək Azərbaycan vətəndaşının taleyi məsələləri beş saatlıq  görüşdə müzakirə edildi”. 
Millət vəkili xarici işlər nazirlərinin yaxın vaxtlarda görüşməsi ilə bağlı razılaşmanın önəmindən də danışıb:

“Bu, ondan xəbər verir ki, mümkün belə görüş artıq yuxarıda dediyimiz mövzularda müəyyən nəticələrin əldə edilməsindən sonra baş tutacaq ki, bu da özlüyündə  iyul – avqust aylarında Brüssel formatında yenidən liderlərin görüşü üçün zəmin yarada biləcək. Ona görə də Brüssel görüşlərinin 3-cü raundunu ən məhsuldar raund kimi qiymətləndirmək mümkündür”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin