Qarabağ ermənilərinin Azərbaycanın çətiri altında yaşamasına kim mane olur? – Məlahət İbrahımqızının ŞƏRHİ

Hazırda oxunan: Qarabağ ermənilərinin Azərbaycanın çətiri altında yaşamasına kim mane olur? – Məlahət İbrahımqızının ŞƏRHİ

75765

“Möhtərəm Prezidentimiz hər zaman olduğu kimi postmüharibə dövründə də keçirilən heç bir görüşdə Azərbaycanın milli maraqlarını əks etdirən prinsipial mövqeyindən bir addım belə çəkilmədi”

Bu fikirləri millət vəkili Məlahət İbrahimqızı mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avrop İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan müzakirələri Bizim.Media üçün şərh edərkən səsləndirib.

Deputatın sözlərinə görə, əslində bu görüşü bu ilin 6 aprel tarixində eyni formatda Brüsseldə keçirilən görüşün davamı adlandırmaq olar. Müsahibimizin fikrincə, Avropa İttifaqı Cənubi Qafqazla sıx əməkdaşlıqda, eləcə də vasitəçilik missiyasında maraqlıdır.
 

MÖVZU İLƏ BAĞLI:

“Əvvəlcə “Moskva Bəyannaməsi”ni anlamaq lazımdır, sonra...” – Məlahət İbrahimqızı


Məlahət İbrahimqızı görüşdə regionda sülhün təmin olunması istiqamətində əldə olunan nəticələrə də diqqət çəkib:

“Bildiyimiz kimi beş təklifin ən vaciblərindən biri sərhəd məsələsidir ki, yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Sözsüz ki, keçiriləcək bu görüşdə də sərhədlərin delimitasiyası ilə bağlı bütün suallar müzakirə olunacaq. 

Görüşdə irəli doğru atılmış addımlardan biri də Qərbi Azərbaycanla Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılığa gəlinib.
Görüş zamanı xüsusilə də sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə də ilkin razılığa gəlinib. Gözlənilir ki, hər iki ölkənin Baş nazirin müavinləri yaxın vaxtlarda  bu prosesi davam etdirəcəklər. 

Görüşdə sözsüz ki, Sülh müqaviləsi də müzakirə olunub. Belə ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimlənməsi və gələcək sülh müqaviləsi ilə bağlı müzakirələrin davam etdirilməsi üçün tərəflərin ilkin razılığı var və ümid edirik ki, hər iki ölkənin xarici işlər nazirlərinin rəhbərlik etdiyi qruplar bu prosesi yaxın vaxtlarda davam etdirəcək”.

Millət vəkili Qarabağda yaşayan erməni icmasının təhlükəsizliyi ilə bağlı məsələyə də toxunub:

“Qeyd etmək lazımdır ki, hətta ötən dövr ərzində təcavüzkar Ermənistan, eləcə də onu dəstəkləyən qüvvələr Qarabağda yaşayan etnik erməni icmasının Azərbaycan dövlətinin çətiri altında yaşaması ilə bağlı hər zaman süni problemlər yaradıblar.

Onlar erməni icmasının Azərbaycanın digər vətəndaşları ilə bərabər hüquqlar və təhlükəsizlik mühitində yaşamasının mümkünsüzlüyü ilə bağlı şantaj və müxtəlif təxribatlar törədiblər. Lakin belə yalanlar tezliklə ifşa olunub. Çünki Azərbaycanda indiyədək otuz mindən çox etnik erməni vətəndaşı yaşayır”.

Deputat müzakirələrin önəmli məqamlardan biri kimi, Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilmədiyinə diqqəti çəkib.

“Əvvəlki görüşlərdə olduğu kimi dünənki görüşdə də minaların təmizlənməsi, məhbuslar və itkin düşmüş şəxslərlə bağlı da geniş müzakirə aparılıb. Keçirilən bu görüşdə hər iki ölkənin və onların əhalisinin rifahı və iqtisadi inkişafı inkişaf naminə Aİ ilə sosial-iqtisadi sahədə də gələcək sıx əməkdaşlıq və dəstək məsələləri də müzakirə edilib”, - millət vəkili bildirib.
Məlahət İbrahimqızı Brüssel görüşünü məhsuldar və faydalı, eləcə də irəliyə doğru atılmış bir addım kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin