Şərqi Gürcüstan Müftisi erməni vəhşiliyindən danışdı: “Gördüklərimdən sarsıldım” 

Hazırda oxunan: Şərqi Gürcüstan Müftisi erməni vəhşiliyindən danışdı: “Gördüklərimdən sarsıldım” 

75741

“Gəncədə gördüklərim məni sarsıtdı. Ermənilərin dinc əhaliyə qarşı vəhşilikləri, törətdikləri cinayətlər sözlə ifadə ediləsi deyil. Hələ müharibə dövründə biz Gürcüstanda yaşayan azərbaycanlılar, din xadimləri müharibəni çox böyük narahatlıqla izləyir, ordumuz və xalqımız üçün dualar edirdik. İnformasiya vasitələrindən, internetdən mütəmadi Azərbaycanda baş verənləri ürək ağrısı ilə izləyirdik”.  

Bu sözləri Bizim.Media-nın yerli bürosuna öz hisslərini bölüşən Şərqi Gürcüstan Müftisi Etibar Eminov söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi: “Ermənilər törətdikləri cinayətlərə görə cavab verəcəklər”


O bildirib ki, erməni vandalizmini canlı şəkildə gözlə gördükdən sonra insan bunu sakit qəbul edə bilmir:

“Burada ölən körpələrin, ahılların, gənclərin, gəlinlərin, dinc sakinlərin günahı nə idi?” E. Eminov deyib ki, Gəncədə və Qarabağda ermənilərin törətdiyi vəhşiliklər dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətini almalı və bu cinayəti törədənlər beynəlxalq hüquq müstəvisində cavab verməlidirlər.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin