“Bakı-Tbilisi-Ceyhan neft kəmərini hərbi təsirə məruz qoymaq olmaz. BTC həm region, həm də regiondan kənar strateji önəm daşıyan bir obyektdir. Belə obyektlər regionun təhlükəsizliyinin təminatıdır. Ona görə də hər kəs onların normal fəaliyyətində maraqlı olmalıdır”.
Gürcüstanın xarici işlər naziri David Zalkaliani Ermənistanın BTC-yə hücumunu şərh edərkən belə deyib. Gürcü nazir qeyd edib ki, biz davamlı olaraq bu istiqamətdə monitorinqlər edirik. Ermənistan hərbi qüvvələrinin səbəb olduğu hazırkı durumla bağlı isə strateji tərəfdaşlarımız olan ölkələr , ABŞ və Avropa İttifaqı ilə müzakirələr aparırıq”.