Prezident Administrasiyasında İlyas İsmayılovla görüş keçirildi

Hazırda oxunan: Prezident Administrasiyasında İlyas İsmayılovla görüş keçirildi

75491

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən siyasi dialoq prosesi çərçivəsində növbəti görüş Ədalət Partiyasının sədri İlyas İsmayılovla təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən məlumat verilib.

Mayın 20-də Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələri şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilmiş görüşdə sözügedən partiyanın sədr müavini Elxan Şükürlü də iştirak edib.

Görüş zamanı Administrasiyanın rəsmisi Ədalət Vəliyev Prezident İlham Əliyevin ölkədə demokratik münasibətlərin bərqərar olunmasına dair nümayiş etdirdiyi siyasi iradənin nəticəsində qazanılmış nailiyyətlər, həmçinin aktual olan və mühüm əhəmiyyət kəsb edən digər məsələlər haqqında geniş məlumat verib.

Təşkil olunmuş görüşə və bu cür təşəbbüslərə görə təşəkkürünü bildirən partiya sədri İlyas İsmayılov qeyd edib ki, ölkədə həmrəylik mühitinin qorunması dövlətin və cəmiyyətin strateji prioriteti kimi qəbul olunmalıdır.
Bu mənada ölkənin və cəmiyyətin inkişafı naminə atılan bütün addımlarda dövlətin yanında olacağını vurğulayan İlyas İsmayılov deyib ki, rəhbərlik etdiyi siyasi partiya öz fəaliyyətində hər zaman yalnız dövlətin və millətin maraqlarından çıxış edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin