Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın ÜST-nin beynəlxalq təşəbbüslərinin həyata keçirilməsinə mühüm töhfə verdiyini deyib.
Səhiyyə naziri Teymur Musayevin moderatorluğu ilə baş tutan videokonfrans Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyası ərəfəsində Qoşulmama Hərəkatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin qlobal səhiyyə problemləri və onların müvafiq həll yollarını müzakirə etmək məqsədilə təşkil olunub.
O, Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü deyib.
Hərəkata üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri Azərbaycanın "peyvənd millətçiliyi"nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə etməsini yüksək qiymətləndirdilər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:57 / 20.05.2022
Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı ölkələri nazirləri toplandı
Hazırda oxunan: Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı ölkələri nazirləri toplandı
Hazırda oxunan: Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı ölkələri nazirləri toplandı
75408
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.