Mayın 20-də mədəniyyət naziri Anar Kərimov ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.
Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, tərəflər İCESCO-nun islam dünyasının birliyi və həmrəyliyi yolunda verdiyi töhfələrin önəmini vurğulayıblar.
Anar Kərimov Baş Katibin tarixi zəfərimizdən sonra Qarabağ ərazisinə səfərini yüksək dəyərləndirdiyini nəzərə çatdırıb. Həmçinin Şuşanın 2023-cü ildə Türk dünyasının paytaxtı elan olunmasının tarixi hadisə olduğunu vurğulayıb.
Sonda Azərbaycan Respublikası Hökuməti ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında İCESCO-nun Bakı şəhərində regional ofisinin yerləşməsi haqqında Saziş imzalanıb.
Sazişə əsasən İCESCO təşkilatın regional ofisini Bakı şəhərində yerləşdirməklə İCESCO və onun üzv dövlətləri arasındakı münasibətləri gücləndirmək və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək əhəmiyyətini daşıyacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:45 / 20.05.2022
İCESCO-nun Bakıda ofisi açılır
Hazırda oxunan: İCESCO-nun Bakıda ofisi açılır
Hazırda oxunan: İCESCO-nun Bakıda ofisi açılır
75406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.