İran Ermənistanda yeni sənaye şəhərciyinin inşaasına start verib.
Bizim.Media “Azad İran” nəşrinə istinadən xəbər verir ki, hələ ötən ilin yayında İran-Ermənistan Birgə Sənaye Şəhərciyinin salınması ilə bağlı iki ölkə arasında razılaşma əldə edilib.
MÖVZU İLƏ BAĞLI:
İƏT-in IV Ümumi Konfransı bu ölkədə keçiriləcək
Razılaşmaya əsasən, bu şəhərcik daha çox kiçik və orta miqyaslı sənayenin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Anlaşmaya, habelə ikitərəfli əməkdaşlığın inkişafı, bütün maraqlı tərəflərə müvafiq ticarət imkanlarının təklif edilməsi, investisiya mühitinin yaxşılaşdırılması və tərəflər arasında daha güclü ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün icra mexanizminin yaradılması daxildir.
İran və Ermənistan arasında son illərdəki ticarət əlaqələrinin həcmi 500 milyon dollar olduğu halda, bu anlaşma iki ölkə arasındakı əlaqələrin həcminin 1.2 milyard dollara qədər artırılması üçün fürsət yaradır.
Surxay, Bizim.Media