“Brüssel və Moskvanın vasitəçilik rəqabəti sülh prosesinə mənfi təsir göstərir” – ŞƏRH

Hazırda oxunan: “Brüssel və Moskvanın vasitəçilik rəqabəti sülh prosesinə mənfi təsir göstərir” – ŞƏRH

75332

Xəbər verdiyimiz kimi, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişel arasında sayca üçüncü görüşün keçirilməsi planlaşdırılır. 10 noyabr bəyanatından sonra Moskvanın vasitəçiliyi ilə sülh prosesində ciddi uğurların əladə olunmaması Brüsselin vasitəçiliyinə inamı daha da artırdığı üçün, bu dəfəki görüşdən də gözləntilər az deyil.

Brüssel görüşündən gözləntilərini Bizim.Media ilə bölüşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyevin sözlərinə görə, ilk növbədə Ermənistan öz mövqeyinə aydınlıq gətirməlidir:

“Son zamanlar biz görürük ki, Ermənistan rəhbərliyi tərəfindən bəzi bir-birinə zidd şərhlər verilir. Gündəlik formalaşıb və ilkin olaraq Brüssel  görüşündən sonra gündəliyə razılıq verilmişdi. Lakin biz keçən il də müşahidə edirdik ki, Rusiyanın himayəsi altında üçtərəfli komissiya yaradılsa da, heç bir proqresə (inkişafa) nail ola bilmədik. İndi də həmin mənzərəyə şahidlik edirik. Ermənistan tərəfi delimitasiya üzrə ikitərəfli komissiyanın yaradılmasına, sülh sazişi haqqında danışmağa razıdır. Lakin faktiki olaraq, bundan boyun qaçırıb, yeni məsələləri gündəmə gətirir”.
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Şəfiyev: “Bizim üçün əsas məqam sülh sazişinin imzalanmasıdır”


Mərkəz sədrinin sözlərinə görə, Moskva görüşündən sonra Ermənistanın mövqeyində dəyişikliklər hiss edilir:

“Onların ritorikasında nə ardıcıllıq, nə də məntiq var. Onu da qeyd etməliyik ki, əvvəlki Brüssel görüşündən çox az vaxt keçib. Adətən ölkə başçıları bu qədər tez-tez görüşmürlər. Çünki əvvəlcə texniki, diplomatik səviyyədə məsələlər danışılıb müzakirə olunmalıdır, daha sonra ölkə başçıları görüşməlidir. Tez-tez görüşlərin keçirilməsi onu göstərir ki, Ermənistanın mövqeyi tək bizə yox, Avropa İttifaqına da məlum deyil. Fikrimcə, Aİ-də Ermənistanın mövqeyindən narazıdır və buna aydınlıq gətirmək istəyir”.

Fərid Şəfiyev Moskva və Brüssel arasında vasitəçilik uğrunda gedən rəqabətə də diqqəti çəkib:

“Təbii ki, bu rəqabət Rusiya-Ukrayna müharibəsindən əvvəl bir-birinə əlavə edən proses idi. İndi isə açıq şəkildə rəqabət gedir və bu, sülh prosesinə mənfi təsir göstərir. Sadəcə olaraq, Rusiyanın vasitəçiliyi üçün bir ilə yaxın vaxt var idi ki, heç olmasa nəqliyyat xətlərinin məsələsində irəliləyiş əldə edə idi. Lakin hər hansı irəliləyiş əldə olunmadı. Ona görə, vasitəçilikdən gözlənti də müvafiq səviyyədədir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin