Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın İstanbul şəhərində keçirilən 10-cu iclası başa çatıb.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, iclasdan sonra Azərbaycan və Türkiyə Hökumətləri adından nazirlər Sahil Babayev və Vedat Bilgin Azərbaycan və Türkiyə Hökumətləri arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqinə dair 6 may 2004-cü il tarixli Prosedur Müqaviləyə dəyişikliklər edilməsinə dair Əlavə Prosedur Müqaviləni imzalayıblar.
Həmçinin, Birgə Daimi Komissiyanın İstanbul şəhərində keçirilən 10-cu iclasının yekunlarına dair Protokol imzalanıb.
Sənəddə iclasda aparılmış müzakirələrin nəticələrinə əsasən, iki nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya sahələrində müəyyən olunmuş gələcək əməkdaşlıq istiqamətləri, fəal təcrübə mübadilələrinin aparılacağı əksini tapır.
İmzalanmadan sonra S.Babayev və V.Bilginin brifinqi olub. Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin də genişlənməkdə olduğu qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:19 / 19.05.2022
Azərbaycanla Türkiyə arasında VACİB SƏNƏDLƏR İMZALANDI - FOTO
Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında VACİB SƏNƏDLƏR İMZALANDI - FOTO
Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında VACİB SƏNƏDLƏR İMZALANDI - FOTO
75266
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.