Moderator.az xəbər verir ki, millət vəkili Qənirə Paşayevaya Türkiyədə ilin ən uğurlu millət vəkili mükafatı verilib.
Türkiyədə Gap Gazeteciler Birliği tərəfindən
bu il 12-si düzənlənən Gap Oscarları ödül törəni keçirilib. Gap Gazeteciler
Birliği, Adıyaman Valiliyi, Adıyaman Bələdiyyəsi,
Adıyaman Universiteti tərəfindən təşkil
edilmiş tədbirdə Türk dövlətlərindən və toplumlarından çoxlu sayda dövlət
adamları, millət vəkilləri, siyasətçilər, QHT-ləri, mətbuat və mediya
qurumları, alimlər iştirak ediblər və mükafatlandırılıblar. GAP Gazeteçiler
Birliyi başqanı Zeynelabidin Kıymaz və bir sıra dövlət xadimlərinin
çıxışlarından sonra mükafatlandırma mərasimi başlayıb. Mükafatlandırılanlar
arasında olan millət vəkili Qənirə
Paşayeva ilin ən uğurlu millət vəkili mükafatı təqdim edilib. Türk dünyasından tanınmış media nümayəndələrinin
təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsində
bildirilib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində,
beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində
haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır,onların
problemlərini beynəlxalq tribunalardan səsləndirir, Azərbaycan-Türkiyə münasibətlərinin
inkişafı və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan
bölgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər
zaman yorulmadan çalışır və münsiflər heyəti Türk Dünyasında ilin ən uğurlu
millət vəkili mükafatının ona verilməsi
haqqında qərar qəbul edib. Millət vəkilinə mükafatı Adıyaman valisi Mahmut
Demirtaş təqdim edib. Millət vəkili Qənirə Paşayeva çıxışında deyib:“Mən bu
mükafatı bu gün mənim burada ola bilməyim
üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canından keçən şəhidlərimiz,
fədakarca çalışan böyük dövlət adamlarımiz və aydınlar adına, gözəl ölkəm Azərbaycan
və gözəl insanlarımız azərbaycanlılar adına, Ermənistanın işğalı zamanı şəhid
olan dostlarım, bütün şəhidlərimiz, qazilərimiz, Ermənistanın işğalı nəticəsində
20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən və haqları tapdalanmaqda davam
edən bütün qaçqın və köçkünlərimiz adına alıram və Allahdan mənə bu cür şərəfli
mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm ”x9d Mükafatı aldığı zamanı çıxışında Qənirə
Paşayeva Türk dövlət və toplumlarından gəlmiş qardaş-bacılarımız, aydınlara,
ictimai-siyasi xadimlərə səslənərək
topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin
nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə
ilk növbədə bir bizi-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi,
mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi,
gələcəyə baxışlarımızı gənclərimizin
daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində
türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən
danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə
qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri
Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir, Azərbaycan
Prezidenti İlham Əliyevin Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü
Türkiyənin gücüdür düşüncəsini xüsusi
vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin
dünyada analoqu olmayan münasibətlərdən olduğunu və bu cür əməkdaşlıqdan hər
iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək olduğunu da bildirib.
Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal
altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından danışan Qənirə Paşayeva
bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər
bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır.
“Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq
bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun
problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla
bağlı məsələlərdə bir-birimizə hər zaman böyük
dəstək olmalıyıq.İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz
Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”x9d.Millət
vəkili Qənirə Paşayeva çıxışının sonunda tədbirin təşkilatçılarına Azərbaycan mədəniyyəti,
tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar, hədiyyələr təqdim
edib. O, nüfuzlu və tanınmış jurnalistlər tərəfindən bu mükafata layiq görülməkdən
ayrıca məmun olduğunu bildirib və dəyərli jurnalist həmkərlarıma etimadlarından
dolayl təşəkkür edirəm, çalışacam ki, bu etimadı hər zaman doğruldum deyib.




































































































