Bu halda narkotikdən istifadəyə görə cinayət məsuliyyəti LƏĞV EDİLDİ

Hazırda oxunan: Bu halda narkotikdən istifadəyə görə cinayət məsuliyyəti LƏĞV EDİLDİ

75063

Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda dəyişiklik etməsi ilə mümkün olub.

Belə ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə hansı hallarda cərimə, hansı hallarda azadlıqdan məhrumetmə cəzaları tətbiq olunacağı yenidən müəyyənləşir.
 

MÖVZU İLƏ BAĞLI:

Narkotikə görə ləğv edilən cinayət məsuliyyəti nəyə XİDMƏT EDƏCƏK? - “Narkomanların 70 faizi potensial satıcıdır”


Dəyişikliklə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Həmin əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına görə isə inzibati məsuliyyət müəyyənləşir.
Beləliklə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin