Türkiyəli ekspert Abdullah Ağar: “Rusiya-Ukrayna müharibəsinin miqyası böyüyəcək” - ÖZƏL 

Hazırda oxunan: Türkiyəli ekspert Abdullah Ağar: “Rusiya-Ukrayna müharibəsinin miqyası böyüyəcək” - ÖZƏL 

74988

“Ukrayna Ordusunun Xarkovda Rusiya ilə sərhədə toplanması bir növ hərbi-siyasi həmlədir. Rusiya məcbur olacaq ki, bütün qüvvələrini həmən istiqamətdə cəmlşdirsin. Ukrayna isə bu zaman gözləmədiyi istiqamətdən ona zərbə vurmağa müvəffəq olacaq. Müharibədə bu cür məqamları asanlqla hərbi, daha sonra isə siyasi uğura çevirmək olur”.

Türkiyəli hərbi siyasi ekspert Abdullah Ağar Bizim.Media-ya Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti dəyərləndirərkən belə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azovstal”dan Ukraynanın daha 694 hərbçisi təxliyə edildi


Ekspert bildirib ki, Xarkov-Rusiya sərhədində Ukrayna hərbiçilərinin bu günə kimi 22 hücumu baş verib.

“Hadisələri diqqətlə izləsək deyə bilərik ki, Ukrayna hərbiçiləri ilk fürsətdə Rusiya ərazisinə daxil olmağa çalışacaqlar. Beləliklə də Xarkov cəbhəsindən müharibədə dönüş yaranacaq”.

Abdullah Ağar baş verənlərin fonunda KTMT iclasının məhz Rusiyada keçirilməsini Moskvanın təşkilatın üzv ölkələrinə verdiyi mesaj kimi dəyərləndirib:

“Savaş Rusiya ərazisinə keçdiyi təqdirdə Moskva KTMT-yə üzv dövlətləri də müharibəyə cəlb edəcək ki, bu hal-hazırda meydanda təklənən Putinin ən vacib arzusudur. Bundan sonra Rusiya ölkədə ümumi səfərbərlik və müttəfiq ölkələri də cəlb edərək müharibənin həcmini genişləndirəcək. Bununla da müharibə uzun illər ərzində davam etdirə bilər”.

Leyla Şah, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin