Ermənistanın atəşkəsi pozmaq cəhdlərinin arxasında nə durur?

Hazırda oxunan: Ermənistanın atəşkəsi pozmaq cəhdlərinin arxasında nə durur?

74985

Son günlər Ermənistan yenidən atəşkəsi pozmaq yolunu tutub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatna görə, mayın 17-dən 18-nə keçən gecə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri intensiv atəşə tutulub. Xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan istifadə edərək bölmələrimizi atəşə tutub. 

Ordumuz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, atəşkəsin pozulması İrəvanın sülh sazişini qəbul etməkdən uzaq olduğunun göstəricisidir: 
 

MÖVZU İLƏ BAĞLI:

“3-cü Dünya Müharibəsi artıq başlayıb” - Ədalət Verdiyevdən AÇIQLAMA


“Atəşkəsi pozmaqla Ermənistan tərəfi israr edir ki, Azərbaycan tərəfindən növbəti zərbə alsın. Ermənistan baş nazirinin Moskvada KTMT-nin növbəti toplantısında verdiyi bəyanatlardan da görünür ki, İrəvan sülh sazişi, sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində verilən təkliflərimizi qəbul etməkdən uzaqdır. Əslində onlar sözdə bu təklifləri qəbul etsələr də, əməldə çalışırlar ki, həmin təkliflər reallaşmasın”. 

Yaranmış vəziyyətdə həmsöhbətimiz düşünür ki, Azərbaycan artıq hərbi məsələləri siyasi proseslərdən bir qədər aralamalıdır: 

“Yəni diplomatlar danışsın, ikitərəfli, üçtərəfli kommisiyalar fəaliyyət göstərsin, ekspert qrupları da görüşsün. Kimsə buna etiraz etmir. Amma bununla paralel ordumuz da öz işini görsün. Düşmən hansısa ərazidən Azərbaycan torpağı və əsgərinə qarşı təhdid yaratsa, həmin ərazi məhv edilməli, külü havaya sovrulmalı, orada Azərbaycan bayrağı qaldırılmalıdır. Kimsə buna görə Azərbaycanı qınamayacaq. Ona görə də ordumuz həmin ərazilərə bayrağımızı sancmaqla düşməni ağıllandırmağa çalışmalıdır. Burada başqa yol qalmayıb”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin