“Putinin İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı açıqlamaları üstüörtülü təhdiddir və bu havaya atılmış fikirlər deyil”.
Bunu Bizim.Media-ya özəl açıqlamasında Gulf State Analytics-in (GSA) eksperti Teodor Karadiş söyləyib.
Ekspertin fikrincə, təxminən bir ay əvvəl Putin “Kola” yarımadasında, xüsusən Murmansk ətrafında hərbi infrastrukturun qurulması tələblərindən danışarkən Finlandiya və İsveçin NATO-ya daxil olmasının yalnız yeni qarşıdurmalar yaradaraq Baltikyanı bölgəni və Arktikanı ön cəbhəyə qoyduğunu söyləyərək əsas niyyətini açıqlayıb.
MÖVZU İLƏ BAĞLI:
Putin: “Finlandiya və İsveçdə hərbi infrastrukturun genişləndirilməsinə cavab veriləcək” – VİDEO
“Bu mövzuda Putinin düşüncə tərzini başa düşmək çox vacibdir. Rusiyanın nüvə silahı doktrinasında xüsusi olaraq qeyd edilir ki, Rusiya dövləti üçün ekzistensial təhlükə yaranarsa, nüvə-taktiki cavabı veriləcək”.
Amerikalı ekspert açıqlamasında bildirib ki, Putinin nüvə təhlükəsi ilə bağlı narahatlıq hələ də sovuşmayıb:
“Putin deyib ki, ruslar cənnətə gedəcək və qalan hər kəs nüvə hadisəsində öləcək. Bu məsihçi tipli düşüncəni NATO böyüdükcə xatırlamaq vacibdir”.
Moskvada KTMT-nin son iclasına da toxunan ekspert bunun baş verməsinin özəl bir səbəbi olduğunu bildirib:
“KTMT iclasının Finlandiya, İsveç məsələsindən bir gün əvvəl keçirilməsi Putin üçün əhəmiyyətli idi. Çox böyük ehtimal ki, üzv ölkələrlə NATO-ya qarşı tədbirlər alınması ilə bağlı müzakirələr aparılıb”.
Leyla Şah, Bizim.Media