“ATƏT-in Minsk qrupu 30 il ərzində problemi həll edə bilmədi” – TBMM sədri 

Hazırda oxunan: “ATƏT-in Minsk qrupu 30 il ərzində problemi həll edə bilmədi” – TBMM sədri 

74815

“Regionda mövcud olan problemləri həll etmək hamımızın prioritet vəzifəsi olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib. 

“Bu problemlərin dərinləşməsində qlobal müdaxilədən qorunmalı, tədbirlər görülməlidir.

Problemləri özümüz həll etməliyik. Biz bu coğrafiyada yaşayırıq. Regional qurumlar olaraq regionumuzda olan problemləri özümüz həll etməliyik. Suriyada, Kəşmirdə, İdlibdə insanların həyatını itirməsinə son qoyulmalıdır. Buna görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir” – deyə TBMM sədri qeyd edib. 

O, bildirib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoymaq üçün ATƏT-in Minsk qrupunu yaradılmışdı:  

“30 il ərzində dünyanın aparıcı ölkələrindən ibarət olan mexanizm bu problemi həll edə bilmədi. Bu regionda yerləşməyən dövlətlərin burada iştirakı problemin həllindənsə, bunun dərinləşməsinə səbəb olur.
Azərbaycan nümunəsində bunu gördük. Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu bu işğala son qoydu. Biz Azərbaycana bu məsələdə hər zaman dəstək olduq. Türkiyə Azərbaycana hüquqi cəhətdən onun haqlı olmasına görə dəstək verib. Ermənistanla Azərbaycan arasında regionda olan münaqişə regional təhlükəsizlik üçün təhlükə yaradıb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin