Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaq ilk növbədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb və onun 28 May - Müstəqillik Günü ilə bağlı təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib.
Bizim.Media Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, o, həmçinin Şavkat Mirziyoyevin Prezident İlham Əliyevin Özbəkistana səfərini gözlədiyini diqqətə çatdırıb.
İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə dövlətimizin başçısı Azərbaycanla Özbəkistan arasında qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, ilk növbədə siyasi sahədə uğurla inkişaf etdiyini vurğulayıb, bu işdə iki ölkənin dövlət başçıları arasında münasibətlərin xüsusi önəm daşıdığını qeyd edib və bu baxımdan Özbəkistana səfərini məmnunluqla xatırladıb.
Prezident İlham Əliyev tarixi, dil və mədəni yaxınlığın münasibətlərimizin möhkəmlənməsi üçün əsas yaratdığını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:50 / 16.05.2022
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi
Hazırda oxunan: Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi
Hazırda oxunan: Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi
74588
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.