Litva Prezidenti Qitanas Nauseda Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək.
Bizim.Media Litva liderinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş ölkə başçısının 18-20 may tarixlərində Azərbaycan və Ermənistana səfəri çərçivəsində baş tutacaq.
Belə ki, Qitanas Nauseda mayın 18-də Bakıda keçiriləcək Azərbaycan-Litva biznes forumunda iştirak edəcək.
Azərbaycan və Litva arasında ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi, potensial tərəfdaşların axtarışı, Azərbaycan şirkətləri ilə yeni işgüzar əlaqələrin qurulması çərçivəsində baş tutacaq forumun əsas mövzuları qida sənayesi, enerji və bərpa olunan enerji mənbələri, dairəvi iqtisadiyyat, informasiya texnologiyaları, logistika, nəqliyyat və s. olacaq.
Qitanas Nausedanın Azərbaycanın Baş naziri Əli Əsədov və Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşləri nəzərdə tutulub.
Ölkə başçısı sözügedən tarixlərdə baş tutacaq görüşlər çərçivəsində təhlükəsizlik, ikitərəfli ticari-iqtisadi əməkdaşlığın vəziyyəti və enerji sektoru üzrə, bununla yanaşı Avropa İttifaqı ilə münasibətlərin, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın perspektivlərinə və beynəlxalq gündəmdə bir sıra məsələlərə dair müzakirələr aparacaq.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:45 / 16.05.2022
Litva prezidenti Azərbaycana gələcək
Hazırda oxunan: Litva prezidenti Azərbaycana gələcək
Hazırda oxunan: Litva prezidenti Azərbaycana gələcək
74537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.