Rize-Artvin Hava Limanının geostrateji ƏHƏMİYYƏTİ – Prezidentlərin birgə iştirakından doğan MESAJLAR 

Hazırda oxunan: Rize-Artvin Hava Limanının geostrateji ƏHƏMİYYƏTİ – Prezidentlərin birgə iştirakından doğan MESAJLAR 

74523

"Türkiyə-Azərbaycan münasibətləri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində hər iki qardaş xalqın maraqları konteksində durmadan inkişaf edir". 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.

Belə ki, deputatın sözlərinə görə, mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə açılış mərasimi baş tutan Rizə-Artvin Hava Limanı yeni nəqliyyat kommunikasiya xətlərinin yaradılması baxımından olduqca əhəmiyyətlidir:
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Rizədən danışdı: "Əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir" - VİDEO


"Qara dənizin üzərində inşa edilən nəhəng layihə, Rize-Artvin Hava Limanının açılış mərasimində də iki qardaş ölkənin prezidentlərinin birgə iştirakı, həm ölkələrimiz arasında olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin göstəricisi, həm də ön Asiyadan Qafqazlar və Orta Asiyaya qədər uzanan böyük etnosiyasi coğrafiyada nəqliyyat kommunikasiya xətlərinin yaradılması baxımından olduqca əhəmiyyətli hadisədir”. 

Hikmət Babaoğlu vurğulayıb ki, hazırda Türkiyə-Azərbaycan tandemi iqtisadi-siyasi və mədəni-humanitar sahədə geniş geostrateji rayonda təyinedici faktordur:  

“Açılan hər yeni hava limanı da, yaradılan hər müəssisə də regional inkişaf və inteqrasiyaya xidmət edir. Bir müddət öncə işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən Füzuli hava limanında qardaş ölkənin prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi iki qardaş ölkənin tarixi-təbii müttəfiqliyinin bütün sahələrdə inkişaf etdirilməsi əzminin göstəricisi idi". 

Millət vəkili ötən ilin yayında imzalanan Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı roluna da diqqət çəkib: 

“2021-ci il iyun ayının 15-də Şuşada imzalanan Şuşa Bəyannaməsi hərbi-strateji kontekstə Türkiyə-Azərbaycan münasibətlərinin dövlətçilik tarixində mühüm bir hadisə idi.

Bu bəyannamə "bir millət, iki dövlət" anlayışının real dövlətlərarası münasibətlərdə rəsmiləşdirilməsi kimi də qəbul edilə bilər. Eyni zamanda Şuşa bəyannaməsi hazırki mürəkkəb tarixi mərhələdə hər şeydən öncə milli təhlükəsizliyimiz baxımından strateji çağırış idi”.  
Hikmət Babaoğlu əlavə edib ki, yeni açılan Rizə-Artvin Hava Limanı Türkiyə ilə Azərbaycan arasında məsafəni bir qədər daha qısaltmış oldu: 

"Bu hava limanı iki ölkəni məsafə baxımından daha da yaxınlaşdırdı. Rizə-Artvin hava limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu. Bu isə həm ticarətin asanlaşdırılması və yüklərin daha qısa müddətdə çatdırılması, həm də turizm mübadiləsi və mədəni əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar və perspektivlər deməkdir". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin