Paşinyanın humanizm SƏRSƏMLƏMƏSİ – “Nikol düşünür ki, Rusiyada hakimiyyət dəyişəcək”

Hazırda oxunan: Paşinyanın humanizm SƏRSƏMLƏMƏSİ – “Nikol düşünür ki, Rusiyada hakimiyyət dəyişəcək”

74338

“Paşinyanın bu cür simasını nümayiş etdirməsi, onun ikiüzlülüyünün bariz nümunəsidir. O, hansı beynəlxalq güc mərkəzinə səfər edirsə, həmin ölkənin maraqlarına uyğun mövqe sərgiləyir. Nikol Avropada Qərbin, Rusiyada isə Moskvanın maraqlarından çıxış edir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan prokurorluqda dindiriləcək – SƏBƏB BUDUR


Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan Niderland səfərində ölkəsi tərəfindən mina xəritələrinin Azərbaycana verilməsini humanist addım kimi qiymətləndirib. Azərbaycanın bir qrup erməni diversantını Ermənistana təhvil verməməsi isə Paşinyan tərəfindən “qeyri-humanist” addım kimi qələmə verilib.

N.Orduxanlının sözlərinə görə, Ermənistan baş nazirinin bu fikirləri tamamilə cəfəngiyyat və böhtan xarakteri daşıyır:

“Nikolun fikirləri ağ yalandır. Onların Azərbaycana təqdim etdiyi mina xəritələrinin təxminən 20-25%-i reallığı əks etdirir. Lakin Azərbaycan humanizm prinsiplərinə söykənərək, imzalanmış kapitulyasiya aktından sonra saxladığı terrorçuların bir neçəsini qarşı tərəfə təhvil verib. Prezident İlham Əliyev Paşinyandan fərqli olaraq, hər zaman atdığı imzanın, verdiyi sözün arxasında dayanıb, beynəlxalq prinspiləri qoruyub”.

Politoloq qeyd edib ki, Azərbaycan hərbçiləri bəzi hallarda ərazilərimizə daxil olan mülki erməniləri belə ölkələrinə təhvil verir:

“Paşinyan cəfəng danışmaqla Azərbaycanın beynəlxalq imicinə xələl yetirməyə cəhd göstərir. Lakin Nikol bununla heç nəyə nail ola bilməyəcək. Onu da qeyd etmək lazımdır ki,  Azərbaycan beynəlxalq təşkilatların müraciəti ilə bir qrup erməni yaraqlısını geri qaytarıb”.

N.Orduxanlı 2020-ci il 10 noyabrdan sonra Paşinyanın Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsinə imza atmaqdan müxtəlif bəhanələrlə yayındığına da diqqət çəkib: 

“Bu cür böhtan xarakterli fikirlər spekulyasiyaların bir parçasıdır. Paşinyanın bu ritorikanı seçməsi Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə də bağlıdır. Onlar düşünürlər ki, müharibə Rusiyada dəyişikliklərə, Putinin hakimiyyətdən devrilməsinə gətirib çıxara bilər. Bu cür bəhanələrlə Paşinyan vaxt uzadıb, əlverişli situasiyanı gözləyir. Lakin Paşinyan unutmamalıdır ki, növbəti dəfə yanlışlığa yol verərsə, ölkəsi daha acınacaqlı durumla qarşılaşa bilər”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin