Ermənilər niyə Paşinyandan əvvəl, Köçəryan və Sarkisyandan qurtulmaq istəyir? – İLGİNC SƏBƏB

Hazırda oxunan: Ermənilər niyə Paşinyandan əvvəl, Köçəryan və Sarkisyandan qurtulmaq istəyir? – İLGİNC SƏBƏB

74291

Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə xalqın çiyinlərində gəldi. Bu gəlişlə erməni xalqı “Qarabağ klanı”ndan qurtulmaq istədi. Lakin Paşinyanın hakimiyyətə gəlişi erməni xalqına yaxşı heç nə vermədi. Heç “Qarabağ klanı”ndan da qurtuluş da olmadı. Əksinə, Nikolanın hakimiyyəti dövründə Ermənistanda dövlət borclanması hər il bir milyard dollar artdı. İnfilyasiya 2 rəqəmlə ifadə olundu. Ən əsası  İkinci Qarabağ müharibəsində Ermənistan biabırçı məğlubiyyətlə üzləşdi. 

Təbii ki, bu və digər məsələlərdə hökümət başçısı və siyasi lider kimi Paşinyanın çox böyük günahı var. Amma bütün bu biabırçılıqlara rəğmən Paşinyan hakimiyyətdən əl çəkmir. Gah Fransaya yalvarır, gah ABŞ qarşısında boynunu bükür. Ən başlıcası Nikola gecə-gündüz Putinin telefonunun yanında yatır. Fürsət düşəndə isə Kremlə gedib Vladimir Vladimiroviçin qabağında tulalıq edir. Bu minvalla hakimiyyətinin ömrünü uzadır. Təsadüfi deyil ki, mayın 16-da Paşinyan növbəti dəfə Moskvaya gedir. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan prokurorluqda dindiriləcək – SƏBƏB BUDUR


Erməni xalqı siyasi proseslərə niyə biganədir?

Bütün bunlara baxmayaraq Ermənistan cəmiyyətində Paşinyan siyasətinin alternativini təqdm edən liderin yoxluğu ölkəni uçuruma sürükləyir. Ermənistan sosial-iqtisadi böhranın kulminasiya nöqtəsinə çatıb. Üstəlik siyasi böhran da günbəgün dərinləşir. Bu yerdə onu da deyək ki, siyasi böhran təkcə hakimiyyət düşərgəsində deyil. Erməni müxalifəti 30 illik tarixində bəlkə də ən dərin sarsıntılarını yaşayır. Yerindən duran nəinki Paşinyanı tənqid edir, hətta onu təhqir edir. Amma yaranmış vəziyyətdən çıxış yolunu göstərəcək heç bir siyasi qüvvə yoxdur. 

Ən maraqlısı da odur ki, erməni cəmiyyəti siyasi çəkişmələrdən artıq bezib, cana doyub. Regionlarda yaşayanlar Paşinyana nə qədər nifrət etsələr belə, onların etimad etdikləri müxalif lideri də yoxdur. Ona görə də müxalifət ancaq İrəvanda hay-küy sala bilirlər. Amma onların siyasi proseslərə təsir etmək imkanları yoxdur.

Ermənistan müxalifəti tükənib

Məlum olduğu kimi Ermənistan müxalifəti 20 gündən artıqdır ki, İrəvanın küçələrə tökülüblər. Müxalif liderlərdən biri, parlamentdəki ən böyük müxalifət fraksiyasının rəhbəri Artur Vanetsyan mayın 2-də dedi ki, “Müxalifətin mübarizəsi öz nəticəsini verib və Nikol Paşinyanın və onun hökumətinin hakimiyyətdən uzaqlaşdırılması bir neçə günün işidir”. Bu bəyanatdan 15 günə yaxın vaxt keçib. Lakin Ermənistanda heç nə dəyişməyib. 

Ter-Petrosyan müxalifəti qınadı

Son seçkilərdə uduzan Ermənistan müxalifətinin küçələrə düşməsi çarəsizlik faktorudur. Heç bir elektoratı olmayan müxalifət İrəvanın mərkəzi yollarını bağlamaqla nəyəsə nail olmaq istəyirlər. Əksinə bu sivil və perspektivli siyasi mübarizədən çox uzaqdır. Bunu əksər erməni aktivistləri də çox gözəl başa düşür. Məsələn, mayın 7-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan narahatlığını dilə gətirdi. Dedi ki, “Müxalifətin yaranmış təhlükəni dərk etmirsə, deməli, siyasətdən heç bir anlayışları yoxdur. Əgər dərk edərək bu addımı atırlarsa, o zaman onlar milli maraqlara qətiyyən aidiyyatı olmayan tamam başqa məqsədlər güdürlər”.

Bu bəyanatın özü də onu göstərir ki, erməni müxalifəti arasında ciddi fikir ayrılıqları var. Məsələn, Paşinyanı devirmək istəyən müxalifət baş nazir postuna vahid namizəd məsələsində razılığa da gələ bilmir. Məsələn, Müqavimət Hərəkatından mayın 13-də “Hraparak” nəşrinə  məlumat verilib ki, “kölgə benefisiarlar – Ermənistanın iki keçmiş prezidenti Serj Sarkisyan və Robert Köçəryan baş nazir postuna iddialı olmadıqları ilə bağlı bəyanat verməyincə, hərəkat yeni vüsət almayacaq”.

Nəşr mövcud situasiyanı belə qiymətləndirir:

“İndiki vəziyyət qüruba gedir və hətta onun sönməsi mümkündür, çünki erməni xalqı şəxsiyyətləri izləməyi sevir və ideya az adamı birləşdirir”.

Həmçinin qəzet əmindir ki, aksiyaların “görünən qladiatorları” meydana gələn insanların azlığından (cəmi 3-4 min civarında) və sosial şəbəkələrdəki əhval-ruhiyyədən Nikol Paşinyanın hələ də aktual olaraq qaldığını müşahidə edirlər. Ermənilər təkcə Paşinyandan deyil, Köçəryan və Sarkisyandan da qurtulmaq istəyir.

Ermənistanın “araratnews.am” internet televiziyasının bu günlərdə “Ölkəni Köçəryan, yoxsa Sarkisyan qurtara bilərmi?”- sualı ilə əhali arasında sorğu keçirib.
 

Respondentlərin 98 faizi “Ölkəni onlardan qurtarmaq daha yaxşı olar”- cavabını veriblər. Baş nazirliyə iki iddialı şəxsin patronajlığı ilə keçirilən etiraz aksiyaları bu reallıqda, demək olar ki, “stəkanda fırtına” effektindən başqa bir şey sayıla bilməz.


Yaranan vəziyyət isə aksiyaları maliyyələşdirən ölkədənkənar sponsorların ürəyincə deyil. Onlar birmənalı olaraq “Qarabağ kartını” əldən vermis Paşinyanın hakimiyyətdən getməsi üçün aksiyalara Ermənistana görə fantastik sayılacaq məbləğdə pul vəsaiti ayırsalar da sonda bizim Məşədi İdadın vəziyyətinə düşəcəklər şübhəsizdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin