Rusiya Xarici Kəşfiyyat Xidməti araqdan şəraba keçdi

Hazırda oxunan: Rusiya Xarici Kəşfiyyat Xidməti araqdan şəraba keçdi

7424

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) Təsərrüfat Departamenti son 2020-ci ildə alkoqol üçün 15,6 milyon rubl xərcləyib.

Bizim.Media www.trtrussian.com saytına istinadən xəbər verir ki, bu dövlət satınalmaları veb saytındakı məlumatları analiz etdikdən sonra hesablamalardan irəli gəlir.

Müəssisə 15 növdən çox alkoqollu içki olan 2.441 şüşə tədarükü üçün 11 müqavilə imzalayıb. Kəşfiyyatçılar arasında ən populyar içkinin şərab olduğu ortaya çıxıb. Departament Rusiya, İtaliya, İspaniya və Fransa istehsalı olan 661 şüşə alıb.

İkinci yeri populyarlığına görə araq tutur. Qurum 536 şüşə sifariş verib. Xüsusilə, “Beluga”, “Kremlin Award” və “Kremlin əfsanəsi” alınıb.

Üçüncü yer konyaka nəsib olub.  Rəhbərlik 352 şüşə sifariş edib. “Louis Royer VSOP”a və "Saracishvili"yə üstünlük verilib.

2018-ci ildə Təsərrüfat Departamenti 4.6 milyon rubl məbləğində spirt tədarükü üçün bir tender elan edib.

O zaman kəşfiyyatçılar 100-dən çox bahalı “Beluga” arağı, həmçinin 40-dan çox müxtəlif brendli konyak, 20 növə yaxın viski sifariş ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin