Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin ölkəni tərk edərək ABŞ-a sığınması ötən həftənin ən çox müzakirə edilən mövzularından oldu.
Həmin məlumatlarda iddia edilir ki, Şamxal Həsənli artıq Azərbaycandakı biznes müəssisələrini satışa çıxarıb və ölkədən külli miqdarda vəsaiti xaricə çıxarmağa çalışır.
Məlumatlı mənbə iddia edib ki, Şamxal Həsənli atasının FETO-çu dostlarının köməyi ilə ABŞ-a köçüb və orada daşınmaz əmlak biznesinə başlayıb.
Əli Həsənovun özü də xeyli müddətdir, müalicə bəhanəsi ilə Azərbaycanı tərk edib və görünən odur ki, hələ də geri dönmək niyyətində deyil. Sorağı sonuncu dəfə Birləşmiş Ərəb Əmirliyindən gələn Əli Həsənov həmin vaxt yaxın günlərdə ölkəyə dönəcəyini açıqlasa da nədənsə həmin "yaxın gün” gəlib çatmaq bilmir.
Bütün bunlar isə Əli Həsənovun Azərbaycanda sahibləndiyi geniş biznes şəbəkəsini tədricən xaricə köçürmək niyyətindən xəbər verir.
Qeyd edək ki, sabiq şöbə müdiri Əli Həsənovun ailəsi otel, turizm, klinika, qida, təhsil və hazırlıq kursları, radio, qəzet, prodakşn kimi bizneslərə sahib olması ilə tanınır.
Mövzu ilə bağlı əməkdaşımızın suallarını cavablandıran tanınmış vəkil Aslan İsmayılov hesab edir ki, Əli Həsənovun işləkləri ilə bağlı susqunluq onu təəccübləndirir:
"Bu şəxsin bir çox cinayətləri var ki, hakimiyyətdə olan bəzi yüksək rütbəli məmurlar nədənsə bu haqda susur. Belə təəssürat yaranır ki, sanki bu gün hakimiyyətdə olanların əksəriyyəti də elə Əli Həsənovun davamçılarıdır. Baş verənlərlə bağlı çox təəssüf edirəm”.
Aslan İsmayılov düşünür ki, iddialarla bağlı araşdırmalar aparılmalıdır: "Bəlkə bu gün Əli Həsənovun vəzifəsini icra edənlərin gözü kölgəlidir, ona görə də onunla bağlı susmağa üstünlük verirlər?” (Sfera.az)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:51 / 05.01.2021
“Vəzifəli şəxslər niyə susur?” – Tanınmış vəkil Əli Həsənov və oğlunun ABŞ-dakı biznesindən danışdı
Hazırda oxunan: “Vəzifəli şəxslər niyə susur?” – Tanınmış vəkil Əli Həsənov və oğlunun ABŞ-dakı biznesindən danışdı
Hazırda oxunan: “Vəzifəli şəxslər niyə susur?” – Tanınmış vəkil Əli Həsənov və oğlunun ABŞ-dakı biznesindən danışdı
7419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.