Ceyhun Bayramovla Mirzoyan Düşənbədə nəyi razılaşdırıblar? - Pərdəarxası MƏQAMLAR

Hazırda oxunan: Ceyhun Bayramovla Mirzoyan Düşənbədə nəyi razılaşdırıblar? - Pərdəarxası MƏQAMLAR

74139

“Bu görüş və danışıqların davam etdirilməsi, yaxın perspektivdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə bir əsas və dəstək kimi qəbul oluna bilər”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Düşənbədə baş tutan görüşü şərh edərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirildi - YENİLƏNİB/VİDEO


“Düşənbə görüşünü əhəmiyyətli görüş kimi dəyərləndirmək olar. 2020-ci ildə tərəflər arasında danışıqlarda moderator rolunda məhz Rusiyanın çıxış etdiyini nəzərə alsaq, Düşənbə görüşündəki müzakirələr də göstərdi ki, əslində Moskva bölgədə gedən proseslərə nəzarət və təsir imkanlarını özündə saxlamaq istəyir. Brüsseldə baş tutan məlum görüşdən sonra Rusiyanın vasitəçiliyilə Düşənbədə keçirilən bu görüş əslində bölgə uğrunda geosiyasi rəqabət ampluasında Qərblə Moskva arasında mübarizənin davam etdiyi və mahiyyət etibarı ilə yeni mərhələyə daxil olduğunu göstərir”. 

Həmsöhbətimiz Düşənbə görüşünü mövcud problemin yaxın perspektivdə həllinə təkan verəcək əsas dəstək görüşü kimi dəyərləndirdi:
 

“Azərbaycanın mövqeyi bəllidir. Bakı mövcud problemin həlli üçün 5 maddədən ibarət təklif verib. Paşinyan isə bura 6-cı maddəni də əlavə etmək istəyir.


Amma Paşinyanın özünün də “Qarabağ Azərbaycandır” ifadəsini işlətməsi onu göstərir ki, o, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razıdır. Sadəcə, Ermənistanda başlanan aksiyalar fonunda onun bu istiqamətdə manevr imkanları bir qədər məhdudlaşır. Bununla belə, danışıqların baş tutması müsbət hadisədir. Bütün hallarda danışıqların davam etdirilməsi yaxın perspektivdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə bir əsas və dəstək kimi qəbul oluna bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin