“44 günlük müharibədən sonra Azərbaycana qarşı bəzi qüvvələr, ermənipərəst Qərb fondları tərəfindən çirkin kampaniya aparılmaqdadır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Cavid Osmanov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisdə İCLAS - Bu məsələlər müzakirə olunur
Deputat fikirlərinin davamında mayın 14-də Bakının mərkəzində planlaşdırılan etiraz yürüşü ilə bağlı da fikirlərini bölüşüb:
“Bu günlərdə hansısa xırda məişət problemini qabardaraq çalışırlar ki, ölkəmizdə yaradılmış ictimai-siyasi sabitliyə zərbə vursunlar və bununla teatr səhnəsi düzəldərək Azərbaycanın artan nüfuzuna xələl gətirsinlər. Bunun üçün ermənipərəst fondlar tərəfindən qrantlar da ayrılıb. Nəticə olaraq, sabah Bakı şəhərində və regionlarda qarşıdurmalar yaratmaq üçün çağırışlara gedirlər".
Cavid Osmanov bildirib ki, bu məqsədin həyata keçirilməsi üçün 5-ci kolondan da ciddi istifadə olunur.
Murad Əhmədov, Bizim.Media