Təhlükə: Ermənistan İrana qarşı sanksiyaları pozur

Hazırda oxunan: Təhlükə: Ermənistan İrana qarşı sanksiyaları pozur

7383

Ermənistan daha əvvəl Türkiyədən idxal olunan 2 min 250 çeşid məhsulun artıq İrandan tədarük edəcəyini bildirib.

İran Ticarətinin Təşviqi Təşkilatının rəsmisi tərəfindən verilən açıqlamada Ermənistanın 2 min 250 adda Türk məhsulunu İran malları ilə əvəz edəcəyi qeyd olunub.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər türk məhsullarını İran malları ilə əvəz edəcək



Təşkilat rəsmisi bu qərarın İranlı istehsalçılar üçün yaxşı bir fürsət olacağını qeyd edib. Növbəti müddətdə Ermənistanın xammal ehtiyaclarını da İrandan təmin edəcəyini gözlədiklərini bildirdi.

Xatırladaq ki, Ermənistan hökuməti Türkiyənin Azərbaycana verdiyi hərbi dəstəyə cavab olaraq, altı ay müddətinə türk mallarının idxalını dayandırdığını elan etmişdi.

Bu qadağa 20 oktyabr 2020-ci ildə qəbul edilmiş və 1 yanvar 2021-ci ildən qüvvəyə minmişdi. Bu müddət ərzində Ermənistan Türkiyə istehsalı məhsulların digər ölkələrdən təmin ediləcəyini açıqlamışdı.

Keçən həftə ərzində İran və Ermənistanın Xarici İşlər nazirlərinin telefon görüşməsində də ikitərəfli iqtisadi əməkdaşlıq məsələsi gündəmə gəlmişdir.

Diqqət çəkən məqam isə, son günlərdə İranda iqtisadi olaraq vəziyyətin gərginləşməsidir. Xüsusilə pandemiyaya qarşı mübarizə çərçivəsində xarici yardımlara ehtiyac duyan İran Ermənistanla iqtisadi əməkdaşlıq sahəsində olduqca istəklidir.

ABŞ tərəfindən İrana bir sıra zəruri məhsulların satışı ilə bağlı tətbiq olunan sanksiyaları nəzərə aldığımızda Ermənistan və İran əməkdaşlığı daha təhlükəli vəziyyət almağa başlayır.

Bir neçə milyon əhalisi ilə Ermənistan bazarının İran üçün o qədər də böyük iqtisadi imkanlar təmin etmədiyi məlumdur. Lakin İran ölkəyə gətirilməsi beynəlxalq sanksiyalarla qadağan olunan bəzi məhsulların Ermənistan vasitəsilə idxalını təmin edə bilər. 

Ermənistanın Qərblə əlaqələri nəzərə alındığında Qərb ölkələrində istehsal olunan və İran üçün vacib əhəmiyyətli məhsulların tədarükü asanlıqla təmin edilə bilər.

Bu məhsullar içərisində xüsusilə tibbi avadanlıqların yer alacağı ehtimal edə bilərik. İki ölkə arasındakı qarşılıqlı iqtisadi əməkdaşlığın İrana daha çox fayda verəcəyi aydındır. Lakin Ermənistanın İrana qarşı sanksiyaların pozulmasında yer almasının doğuracağı nəticələr sual altındadır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin