BMT kuluarında Heydər Əliyevlə bağlı xatirə - Elşad İsgəndərovdan AÇIQLAMA

Hazırda oxunan: BMT kuluarında Heydər Əliyevlə bağlı xatirə - Elşad İsgəndərovdan AÇIQLAMA

73734

“Heydər Əliyevin danışıqlarda “siyasi cırtdanlarla” görüşdüyü zaman hansı mənəvi yükü yaşadığını təsəvvür etmək çətindir. Ona görə də Vətən müharibəsində qələbə həm də ümummilli liderin xatirəsi qarşısında millətin mənəvi borcunun yerinə yetirilməsidir”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov Beynəlxalq Təhlil Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirdə deyib. 

“Heydər Əliyev Ermənistanın o vaxtkı prezidenti  Levon Ter-Petrosyanla görüşürdü. Görüşlə bağlı BMT-dəki daimi nümayəndəlikdə işlədiyim müddətdə tanıdığım ABŞ-dan olan erməni ekspertdən təəssüratını soruşdum.

Levon Ter-Petrosyanın sülhün zəruriliyi haqqında tezisini fəal şəkildə dəstəkləyən qonşuların kifayət qədər mötədil nümayəndəsinun cavabı gözlənilməz oldu: 

O, "Mən nə deyə bilərəm ki, bizim cırtdan nəhənginizlə görüşdü" dedi. 

Keçmişdə fövqəldövlətin rəhbərlərindən biri olan, "siyasi cırtdanlar"la, Qarabağ kəndlərinin talançıları ilə danışıqlara getmiş bu böyük insanın yaşadığı daxili hissləri, ziddiyyətli məqamları təsəvvür etmək olar. Lakin millətin ali mənafeyi naminə ümummilli lider şəxsi hisslərə qalib gələ bildi.  Onun fədakar xidmətinin nəticəsində Ermənistan Azərbaycan torpaqlarının işğalının nəticələrini qanuniləşdirə bilmədi", - deyə E.İsgəndərov əlavə edib. 

E.İsgəndərov ulu öndərin həyata keçirdiyi iqtisadi quruculuq, beynəlxalq iqtisadi inteqrasiya məsələlərinə toxunub.

O, bildirib ki, 44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi də məhz Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev tərəfindən gerçəkləşib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin