Nüvə müharibəsi OLMAYACAQ – “Qiyamət təyyarəsi”nin nümayişi niyə təxirə salındı?

Hazırda oxunan: Nüvə müharibəsi OLMAYACAQ – “Qiyamət təyyarəsi”nin nümayişi niyə təxirə salındı?

73669

Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskvada 9 May qələbə günü münasibətilə təşkil olunan paradın hava hissəsi təxirə salınıb.

Kremldən verilən açıqlamada ləğv qərarının hava şəraiti səbəbilə verildiyi bildirilib.

Lakin bu açıqlamaya şübhə ilə yanaşanların sayı kifayət qədərdir. Çünki dünən Moskvada havanın temperaturu aylıq normaya uyğun olub. Eyni zamanda Rusiya paytaxtında qatı duman, yaxud güclü külək də müşahidə olunmayıb.

Bundan əlavə əvvəlki illərdə, anomal hava şəraiti olmasına rəğmən paradın hava hissəsinin böyük təntənə ilə qeyd olunduğu da məlumdur.
 

MÖVZU İLƏ BAĞLI:

Arestoviç: “Putin açıqlamaları ilə nüvə müharibəsi ehtimallarına "adboy" verdi"


Digər tərəfdən, bir sıra ekspertlər Kremlin açıqlamasında deyildiyi kimi, hava qeyri sabit olsa belə, qırıcıların və təyyarələrin truyklarla çıxış etməsinin Rusiya ordusunun güc nümayişi baxımından daha əlverişli addım ola biləcəyi qənaətindədirlər.

Bütün sadalananlar Moskvadakı hava şousunun ləğvinin siyasi məqamlarla bağlı olduğuna dair şübhələri daha da artırıb.

Məlumat üçün bildirək ki, nüvə müharibəsi baş verəcəyi təqdirdə Rusiya rəhbərliyini evakuasiya etmək üçün nəzərdə tutulmuş “qiyamət təyyarəsi” olan “İl-80”-in paradda nümayiş etirilməsi nəzərdə tutulurdu. Hətta mayın 3-də sözügedən təyyarə 12 ildən sonra ilk dəfə havaya qaldırılmış və təlim uçuşlarına cəlb edilmişdi. Əksər siyasi şərhçilər tərəfindən bu addım Kremlin Qərbə nüvə müharibəsi xəbərdarlığı kimi dəyərləndirilmişdi. 

Lakin Qələbə paradında “qiyamət təyyarəsi”nin anqardan çıxarılmaması Moskvanın nüvə müharibəsi ehtimallarına qoyulan son nöqtə kimi dəyərləndirildi. 

Mövzu ilə bağlı Rusiya mətbuatına danışan hərbi ekspert Oleq Jdanov da, aviasiya uçuşu üçün mayın 9 da əla hava oluğunu, lakin Kremlin Qərbin ultimatumları qarşısında geri addım ataraq, hava paradını ləğv etdiyini bildirib.

Təsadüfi deyil ki, Putinin paradda çıxışı zamanı səsləndirdiyi fikirlər də, əvvəlki təhdidkar ritorikadan uzaq idi.

Xüsusilə də, Rusiya liderinin “qlobal müharibənin yolverilməzliyi” açıqlaması Ukrayna Prezident Administrasiyasının rəhbəri Aleksey Arestoviç tərəfindən nüvə müharibəsi ehtimallarına verilən “adboy” kimi qiymətləndirildi.

Belə görünür ki, Rusiya rəhbərliyi Qərbi Ukraynaya yardımlardan çəkindirmək üçün ən güclü kartı olan nüvə silahı təhdidinin işə yaramadığını artıq başa düşüb. Bu səbəbdən, davamlı və boş təhdidlərin Rusiyanın nüfuzuna daha da ağır zərbə vurduğunu da nəzərə alan Kremlin bir neçə addım geriyə atdığını söyləmək olar.

Dünyada gərginliyin pik həddə çatdığı indiki situasiyada bu cür ritorikanın seçilməsinin qlobal təhlükəsizliyə xidmət edən addım olduğunu ehtimal etmək olar.

Lakin unutmaq olmaz ki, Ukraynada hərbi əməliyyatlara başlamadan bir həftə öncə də Rusiya qoşunlarının bir hissəsini sərhədlərdən geri çəkməyə başlamışdı...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin