Trampa qarşı cinayət işi açılacaq - SƏBƏB

Hazırda oxunan: Trampa qarşı cinayət işi açılacaq - SƏBƏB

7365

Demokrat konqresmenlər Ted Lyu və Ketlin Rays Federal Təhqiqat Bürosunun (FTB) başçısı Kristofer Reyə Corciya ştatının dövlət katibi Bred Raffensperqer ilə söhbətinin səs yazısı yayıldıqdan sonra hazırkı prezident Donald Trampa qarşı cinayət işinin açılması ilə bağlı məktub göndəriblər.

Bizim.Media xəbər verir ki, bu barədə Lyu özünün tvitter hesabında yazıb.
 


MÖVZU İLƏ BAĞLI:

ABŞ-da qalmaqal - Trampın səs yazısı yayıldı
 


Konqresmenlər hesab edir ki, Donald Tramp bir sıra seçki cinayətlərinin törədilməsinə təhrik edib. Məktubda konqresmenlər pozuntularla bağlı ölkə qanunvericiliyindəki xüsusi müddəalara istinad ediblər.

Qeyd edək ki, səs yazısında ABŞ dövlət başçısı Donald Tramp Corciyanın dövlət katibinə onun lehinə səsləri yenidən saymağı xahiş edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin