“Heydər Əliyev millətimizin böyük kişisi və təkrarsız lideridir”.
Bunu Bizim.Media-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbəri Əli Nağıyev Heydər Əliyev haqqında ilginc xatirələrindən danışarkən deyib:
“Heydər Əliyevlə Prezident Aparatında təkcə rəsmi, habelə partiya daxili görüşlərdə deyil, həmçinin Naxçıvanda “kerosin lampası”nın işığında gecə saat 2.00-a qədər olan görüşlərimiz barədə çoxsaylı xatirələrim var. Çox yazılarımda bunu demişəm. Axtarsaq azərbaycanlı sözünü tarixi 200-300 ildir. Poeziyanı gözəl bilirəm. Nəsimidə, Füzulidə azərbaycanlı söhbəti yoxdur.
MÖVZU İLƏ BAĞLI:
Sabiq nazir Əli Nağıyev deputatlar HAQQINDA – “Yaxşıları ilə fəxr edirəm, xarabları isə...” – ÖZƏL MÜSAHİBƏ
Onların heç biri Azərbaycan sözünü işlətməyib. Bildiyim qədər Azərbaycan söhbəti Mirzə Fətəli Axundovdan üzü bəridir. O dilimizin əlifbasını yaratdı və bununla da azərbaycanlı olmağa xidmət etdi. Üzeyir bəy Hacıbəyli yaratdığı opera ilə 1,5 milyardlıq müsəlman və 250 milyonluq türk dünyasında operanı da azərbaycanlı etdi.
Yəni onlar azərbayanlı olmağımıza xidmət edən kişilər olub. O, kişilərin böyüklərindən, azərbaycanlılığı yaradan kişilərdən biri də Heydər Əliyevdir”.
Ə.Nağıyev qeyd edir ki, Heydər Əliyev millətimizi darmadağın olmaqdan, Azərbaycanın yerində indiki qırğızlardan da pis vəziyyətdə bir dövlətin olması təhlükəsindən xilas edib:
“Heydər Əliyev bu millətin xilaskarı, bu günki Azərbaycan dövlətinin gerbidir. Bu günki Azərbaycan dövlətinin müəllifidir. Ona Ulu Öndər deyilməsinə etiraz etmirəm. Ancaq YAP-ın 1999-cu ildə keçirilən qurultayında Heydər Əliyevlə bağlı təkrarsız lider ifadəsini işlətmişəm.
Bu söz Heydər Əliyevin də xoşuna gəlmişdi. Heydər Əliyev millətimizin böyük kişisi və təkrarsız lideridir”.
Rüfət Sultan, Bizim.Media