Oqtay Əsədov Bişkekə, Almazbek Atambayev Bakıya səfər edəcək...

Hazırda oxunan: Oqtay Əsədov Bişkekə, Almazbek Atambayev Bakıya səfər edəcək...

73624
Azərbaycan və Qırğızıstan xarici işlər nazirlərinin qarşlıqlı səfərləri olacaq. 

Bunu Moderator.az-a açıqlamasında Qırğızstanın ölkəmizdəki səfiri Aycigit Buranov deyib. Onun sözlərinə görə, 2015-ci ildə hər iki ölkənin xarici işlər nazirləri Elmar Məmmdəyarovun və Erlan Abdıldaevin  qarşılıqlı rəsmi səfərləri nəzərdə tutulub.

“Hələ ki, səfərlərin vaxtı və proqramı bəlli olmasa da, səfərlərin il ərzində reallaşdırılması nəzərdə tutulur”x9d.- deyə o  vurğulayıb.
Səfir onu da əlavə edib ki, hər iki qardaş ölkə arasında  müxtəlif sahələr üzrə əlaqələr inkişaf etsə də, bu inkişaf yetərincə deyil və bu əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var. 

“Bunun üçün zəmin və gözəl şərait də var”x9d, -deyən səfir  deyib ki, yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri ikitərəli əlaələrin inkişafına öz töhfəsini verir: 

“Nə qədər belə səfərlər çox olarsa, əlaqələrimiz bir o qədər inkişaf edər.”x9d

Səfir bildirib ki, il ərzində Milli Məclisin sədri Oqtay  Əsədovun Bişkekə və Qırğızıstan prezidenti Almazbek Atambayevin isə Bakıya  rəsmi səfəri nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin