“Ermənistan tərəfindən Azərbaycanın 5 bəndlik təkliflərinə hər hansı imtina gəlməyib”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Xələf Xələfov Qazaxın 7 kəndi və Kərkinin taleyinə aydınlıq gətirdi
“Ermənistanda bu gün müxalifət etirazları davam edir. Onlar hökumətin dəyişdirilməsinə can atırlar. Lakin bu Ermənistanın daxili işidir”, - deyə nazir müavini əlavə edib.
Onun sözlərinə görə, müxalifətin etirazlarına baxmayaraq, görünən qədərilə Ermənistanın indiki hakimiyyəti sülh prosesinin davam etdirilməsindən imtina etməyib.
Səkinə Yusibli, Bizim.Media