"Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi".
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Səudiyyə Ərəbistanının Baş prokuroru ilə görüşdə əməkdaşlıq perspektivlərini müzakirə etdi - YENİLƏNİB
Prezident İlham Əliyev qeyd edib ki, biz bu mövqeyi çox yüksək qiymətləndiririk.
Dövlət başçısı bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması erməni vəhşiliyini, azad edilmiş torpaqlarda hər şeyin, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdıldığını bütün dünyaya göstərib.
Bizim.Media