Mixail Saakaşvili bu səhnədə rejissor və ya prodüser deyil...

Hazırda oxunan: Mixail Saakaşvili bu səhnədə rejissor və ya prodüser deyil...

73280
Saakaşvilinin yenidən hakimiyyətə qayıtması nə dərəcədə realdır və bu dəfə ABŞ Rusiyaya qalib gələ biləcəkmi? Yaxud Vaşinqton 2008-ci ilin avqustundakı məğlubiyyətin əvəzini çıxa biləcəkmi?

Moderator.az-ın sualını siyasi şərhçi Qüdrət Quliyev belə cavablandırıb:

"Sizin verdiyiniz sualların məzmunundan belə yəqin etmək olur ki, dünyada kiçik dövlətlərin aqibəti böyük dövlətlərin və ya dünya güclərinin qarşıdurması ilə sıx bağlı olan məsələdir. Nəinki Cənubi Qafqazda, hətta Avropanın özündə belə suverenlik və müstəqil siyasət deyilən amillər daim dünya gücləri arasında gedən sonsuz rəqabətin təzahürü olaraq siyasət müstəvisində mövcud olmuşdur və olacaqdır.

Birinci və İkinci Dünya Müharibələri, 1905 və 1917-ci illər Rusiya inqilabları, Şərqi Avropanın XX əsrin ortalarında Sovetlər Birliyinin təsiri altına keçməsi və Varşava İttifaqı hərbi blokunda birləşməsi. XX əsrin 60-cı illərində Şimali Afrikada və Yaxın Şərqdə baş verən  inqilablar, Suriyada, İraqda, Misirdə, Liviyada Hafiz Əsəd, Səddam Hüseyn, Camal Əbdel Naser, Müəmmər Kaddafi rejimlərinin, Kubada Fidel Kastro inqilabının qələbə çalması.

XXI əsrin əvvəllərində əks proseslərin vüsət alması, SSRİ-nin və Varşava İttifaqının çökməsi, bunun nəticəsində Şərqi Avropa ölkələrinin Avropa Birliyinin üzvlərinə çevrilməsi və NATO-nun çətiri altına keçməsi. Şimali Afrikada və Yaxın Şərqdə baş vermiş, tarixə “Ərəb Baharı”x9d kimi düşmüş, və bu dəfə Səddam və Kaddafi rejimlərini alt-üst etmiş növbəti inqilablar.

Həm o zaman, həm də müasir dövürdə baş vermiş geosiyasi çaxnaşmalar öncəsi dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı yuvarlanması, həmin faktorun inqilablar və hakimiyyət dəyişiklikləri üçün qığılcım rolu oynaması.  Sadalanan həmin tarixi hadisələr dünya güclərinin dünyanı yenidən bölüşdürmək və yeni qaydalarla idarə etmək iddialarının bariz təzahürü olaraq meydana gəlmişdir. Bu kimi hadisələr bundan sonra da davam edəcəkdir. Dünya təbiətən qütblərə və qitələrə bölündüyü kimi, beynəlxalq və geosiyasi formatda da qütbləşməni yaşamaq zorundadır. 

Mövcud olan və davam etməkdə olan geosiyasi qütbləşmədə ABŞ və Qərb dövlətləri Ukraynada olduğu kimi, Gürcüstana öz strateji cinahlarından biri kimi baxır. Vaxtı ilə Gürcüstanın muxtar vilayətləri olmuş Cənubi Osetiya və Abxaziya ilə Rusiyanın “yeni ittifaqlar”x9d yaratması isə, Rusiyanın regionda mövcud olan geostrateji maraqlarına laqeyd qalmadığından xəbər verir.

Regionda ABŞ və AB”“nin mövqelərini daha güclü edən - onların geosiyasi mübarizədə daha mütərəqqi amillərə, demokratiya, insan haqları, fikir azadlığı, demokratik və şəffaf seçkilərə istinad etməsidir. Bunun müqabilində Cənubi Qafqazda Rusiyanın mövqelərinin daha zəif görünməsinin əsas səbəbini Rusiyanın keçmiş müstəmləkələrini yenidən müəyyən ittifaqda birləşdirmək cəhdində görürlər. Necə görünməyindən asılı olmayaraq, hər iki tərəfin Qafqazlarda olan hər nə fikri-zikri vardırsa, bunların hamısı məhz dünya güclərinin həyati və milli maraqları ilə bağlıdır. 

Gürcüstanda cari siyasi durum da elə bu prizmadan səciyyələndirilə bilər. Eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat”x9d partiyasının və tərəfdarlarının keçən şənbə Tiflisin Azadlıq Meydanında keçirdiyi çoxminlik mitinq hələ qələbə demək deyildir. Hərçənd, belə bir mitinqin keçirilməsi Gürcüstanda demokratik ab-havanın varlığından xəbər verir və belə olan şəraitdə 2016-cı ildə demokratik və ədalətli seçkilərin mümkün olacağına ümid bəsləmək olar. 

Yeni parlament seçkilərində M.Saakaşvilinin şanslarını yüksək edən amil əhalinin iqtisadi durumunun ürək açan olmaması və B. İvanişvili hakimiyyətinin gürcülərə daha yüksək rifah gətirə bilməməsi sayıla bilər. İndiki hakimiyyətin “gürcü arzusunun”x9d geriləməsində dünyada cərəyan edən iqtisadi və siyasi böhranı bəhanə gətirmək cəhdləri də ictimai rəyi hakimiyyətin xeyrinə dəyişməyəcəkdir.

Dünyanın108-ci iqtisadiyyatı sayılan Gürcüstanda Saakaşvili dövründə illik  iqtisadi inkişaf templəri dörd  dəfə artaraq (2012) 6.8%  çatmışdı. Adam başına düşən ÜDM 6812 ABŞ dolları təşkil edirdi . Bu inkişaf templərinin əldə edilməsində ABŞ faktorunun, o cümlədən 2008-ci il müharibəsinin nəticələrini aradan qaldırmaq məqsədi ilə Gürcüstana ABŞ tərəfindən ayrılmış 4.5 milyard dollar yardımın müsbət təsiri inkaredilməzdir 

Lakin hakimiyyətinin M. Saakaşviliyə qarşı əks arqumentləri yenidən öz işini görə bilər. 2012-ci ilin sentyabrında ictimai partlayışa səbəb olmuş “türmə skandalı”x9dnı yəqin gürcülər hələ də unutmayıblar.  Sirr deyildir ki, B.İvanişvilinin “Gürcü Arzusu”x9d partiyasının 2012-ci ilin 1 oktyabr seçkilərində qələbə qazanmasının əsas səbəblərindən biri məhz “türmə skandalı”x9d, cəza çəkmə məntəqələrində insanlara verilən ağır işgəncələrin videoyazılar vasitəsi ilə ictimailəşməsi olmuşdu.   

Saakaşvilini ictimai fikirdə aşağılıyan faktlardan biri də onun 2008-ciilin Avqustunda düşünülməmiş və sabatsız şəkildə Rusiya ilə hərbi qarşıdurmaya getməsi olmuşdur. Gürcülər Abxaziyanın və Cənubi Osetiyanın itirilməsini və nahaq insan tələfatını Saakaşviliyə çətin ki, bağışlamış olsunlar. 

Hal-hazırda Mixail Saakaşvilinin Ukraynada baş vermiş hərbi-siyasi konfliktə nominal şəkildə müdaxilə etmək cəhdləri də onun gələcək siyasi karyerasına öz tohfəsini verəcəkdir. Ukraynada vəziyyət yaxşılaşmağa doğru getsə, bu töhfə - müsbət olacaqdır. Amma həmin vəziyyət yaxşılaşmağa doğru getməyə də bilər. Bu zaman M. Saakaşvili və onun “Vahid Milli Hərəkat”x9d partiyası ictimai rəyin neqativ zərbəsi altına düşmüş olacaqdır.

Gürcüstanda 2016-cı ilin payızında keçiriləcək parlament seçkilərinin nəticələrinə Birləşmiş Ştatlar və Rusiya arasında davam edən geosiyasi rəqabət prizmasından qiymət vermək bir o qədər də asan deyildir. Bu rəqabətin təsiri şübhəsiz ki, olacaqdır. 
ABŞ və AB iqtisadi və maliyyə sanksiyaları vasitəsi ilə Rusiyanı daha da zəiflətməyə çalışacaqdır. Ukrayna müstəvisində Rusiya üçün planlaşdırılmış üzücü qarşıdurmanın davam etməsi, ölkənin Ukrayna konfliktində ilişib qalması və daxili iqtisadi böhranı aradan qaldıra bilməməsi, təbii ki, Rusiyanın Gürcüstan siyasi səhnəsində  rolunu və mövqeyini zəiflədə bilər. Amma, hadisələrin tamam başqa məcrada inkişaf etməsi də mümkündür. 

Hər halda, gözə görünən və görünməyən savaş qaçılmazdır. Mixail Saakaşvili bu savaş səhnəsində rejissor və ya prodüser deyil, sadəcə bir personaj olaraq qalacaqdır." 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin