Azərbaycanın Ermənistanla TƏZMİNAT DAVASI: “Bu, erməniləri gələcək avantüralardan çəkindirəcək” - DEPUTAT 

Hazırda oxunan: Azərbaycanın Ermənistanla TƏZMİNAT DAVASI: “Bu, erməniləri gələcək avantüralardan çəkindirəcək” - DEPUTAT 

72948

“Proses tamamlandıqdan sonra beynəlxalq hüququn verdiyi bütün imkanlar çərçivəsində təzminat məsələsilə bağlı ən müxtəlif platformalarda öz hüquqlqrımızı tələb edəcəyik”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu AzərbaycanPrezidentinin Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul zamanı Ermənistanın vurduğu ziyana görə təzminat ödəməsi məsələsinə də toxunmasına münasibət bildirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanla TƏZMİNAT DAVASI – “Dağılmış evlər ermənilərin hesabına tikilməlidir”


“Postmüharibə dövrü həm də sülh danışıqları mərhələsidir. Ancaq sülhə gedən yolda 30 illik münaqişə dövründə Azərbaycana dəyən zərərlərin ödənilməsi məsələsi də aktualdır. Azərbaycan ona aid olan mülkiyyətin, mədəni-maddi irsin qorunması ilə bağlı dəymiş zərərin hesablanması, təbii sərvətlərimizin istismara məruz qalması kimi məsələləri də daima beynəlxalq hüquq kontenstində gündəmdə saxlayacaq. Hazırda Azərbaycana dəyən ziyanın qiymətləndirilməsi prosesi gedir”. 

Deputat qeyd edib ki, Proses tamamlandıqdan sonra beynəlxalq hüququn verdiyi bütün imkanlar çərçivəsində təzminat məsələsilə bağlı ən müxtəlif platformalarda hüquqlqrımızı tələb edəcəyik: 

“Azərbaycan Prezidentinin çıxışında bu məsələlərlə bağlı konkret fikirlər öz əksini tapıb. Məhkəmələr, ikitərəfli danışıqlar, mülki məhkəmələr konteksində məsələ qaldırılacaq. Azərbaycana dəyən ziyan tək maddi deyil, onun mədəni tərəfləri də var. Xocalı soyqırımı, azyaşlı uşaqlara qarşı törədilən terror, mülki obyektlərimiizn erməni təcavüzünə məruz qalması hadisələri var. Bütün bunların hər biri ayrıca platformalarda qiymətləndirilməli hadisələrdir”.  
H.Babaoğlu bildirir ki, bu məsələ öz qİymətini tapmadan Azərbaycanla Ermənistan arasında uzunmüddətli və qalıcı sülhdən danışmaq olmaz:

“Çünki bu tək dəymiş ziyanın kompensasiya edilməsi olmayacaq, həm də gələcəkdə Ermənistanı gələcək avantüralardan çəkindirici vasitə olacaq”. 
Deputat onu da deyib ki, hazırda faktaraşdırıcı missiyanın fəaliyyətini Azərbaycanın müvafiq qurumları həyata keçirir: 

“ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyası fəaliyyət göstərmədi. Ona görə hazırda azad olunmuş ərazilərimizdə ermənilər tərəfindən hansı barbar hərəkətlər törədilibsə, Azərbaycan artıq özü faktları müəyyən edib, üzə çıxarır. Bu işlə artıq Azərbaycanın müvafiq qurumları məşğuldur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin