“Azərbaycanda insan alveri cinayətləri artır” – Zahid Oruc 

Hazırda oxunan: “Azərbaycanda insan alveri cinayətləri artır” – Zahid Oruc 

72867

Milli təsisatın yarandığı 2005-ci ildən bəri “İnsan alveri cinayətlərinin dinamikası”nın statistik blokunda, 2015-ci ildən isə cinayətlərin hər il müəyyən qədər artaraq 127-dən 202-yə qalxmasını  görmək olar. Bu da hazırkı dövrdə qlobal tendensiyanın ölkəmizdən də yan keçmədiyini deməyə əsas verir. 

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.  

Depuatat İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2021-ci il üçün illik hesabatı haqda bir sıra məsələlərə də toxunub: 
 

MÖVZU İLƏ BAĞLI:

Zahid Oruc: ”Erməni Qarabağda dinc yaşamaq istəyirsə...”


"İnsan alveri məsələsində faiz nisbətində ölkəmizdə vəziyyətin sabit və təhlükəsiz olduğu inkaredilməzdir. Məlumatın “Qarşıda duran vəzifələr” bölümü Milli Koordinatorun rəhbərlik etdiyi sahənin çağırışlarını adekvat qiymətləndirdiyini deməyə əsas verir. İnformasiya texnologiyaları, rəqəmsal cəmiyyətin formalaşmsı, kibercinayətlərin artması və sosial şəbəkələrin bütün sahələrə nüfuz etməsindən irəli gələn çağırışlara necə cavab verilməsi ilə bağlı ciddi fəaliyyətin həyata keçirilməsinə başlandığına dəlalət edir. 

Məlumatda qeyd edildiyi kimi, ABŞ Dövlət Departamentinin insan alverinə qarşı mübarizə fəaliyyətinə dair illik hesabatlarında Azərbaycan ardıcıl olaraq 3 ildir ki, 2-ci sıra/səviyyə (TİER 2) ölkələr sırasına aid edilir. Bu 188 ölkə arasında yaxşı göstəricidir.  

Bununla yanaşı, hesab edirik ki, dəyərləndirmənin hər bir müddəası təfərrüatlı öyrənilməli, onlar Milli qurum onu ya təsdiq, ya da təkzib edə bilər.

Bildiyimiz kimi, hesabatda ölkəmizin bu səviyyədə sonuncu dəfə sıralanması, müvafiq irəliləyişlər olmazsa, gələn il aşağı salınması ilə bağlı fikirlər səslənib. Məlumdur ki, praktikaya əsasən aşağı reytinq sanksiyalar və maliyyənin kəsilməsi ilə nəticələnir". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin