Azərbaycan və Ermənistan arasında yekun sülh nə zaman olacaq? – Kanadalı ekspertdən ÖZƏL MÜSAHİBƏ 

Hazırda oxunan: Azərbaycan və Ermənistan arasında yekun sülh nə zaman olacaq? – Kanadalı ekspertdən ÖZƏL MÜSAHİBƏ 

72865

Kanada Beynəlxalq Əlaqələr İnsitutunun əməkdaşı, siyasi-təhlilçi Robert M.Culter Bizim.Media-ya özəl müsahibə verib. Söhbət zamanı o, Ermənistanda baş verən son hadisələrə və Rusiyanın regiondakı roluna da toxunub. Həmin müsahibəni təqdim edirik:

- Qərbin Rusiyaya qarşı təzyiqləri getdikcə artmaqdadır. Sizcə Azərbaycanın hərbi müttəfiqi olan Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşula bilərmi?

- Qərbin sanksiyalarına qoşulması ilə bağlı müraciətlərinə Türkiyənin müsbət reaksiya verəcəyi ehtimalı çox azdır. Rusiyaya qarşı sanksiyalar güclənməkdədir. Bir sıra ölkələr Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə çalışır. Türkiyə də onlardan biridir. Türkiyə ilə Rusiya arasında çox güclü iqtisadi əlaqələr var.

Həmçinin, Türkiyə ilə Rusiya arasındakı əlaqələrə təbii qazın idxalı da daxildir, hansı ki, Qara dənizin dibi ilə “Mavi axın” boru kəməri vasitəsilə axır.

- Sizcə Rusiya nə zaman Cənubi Qafqazdakı maraqlarından imtina edə bilər?

- Rusiyanın iki əsrdir ki, Cənubi Qafqazda maraqları var. Rusiyanın Cənubi Qafqazdakı daxili və xarici maraqları beynəlxalq vəziyyətə uyğun olaraq dəyişir. Azərbaycan diplomatiyasının isə hər iki mənada - həm ümumən, həm də Rusiya ilə əlaqədar olan uğurları, son 15 ildə Rusiyanın maraqlarının zamanla dəyişdiyini göstərir. Buna görə də Cənubi Qafqazda və ondan kənarda olan ölkələr üçün şərait yarana bilər ki, Rusiyanın bölgədəki maraqlarını dəyişdirsinlər. 

Rusiya çətin ki, Cənubi Qafqazdakı maraqlarından tamamilə imtina etsin. Amma Rusiya elitasında rəsmi Kremlə qarşı Ukraynada apardığı müharibədən sonra sosial narazılıqlar yaranıb, bu da ölkəni zəiflədə bilər. Hesab edirəm ki, bu narazılıqların formalaşdıracağı yeni situatsiya Cənubi Qafqaz ölkələri üçün yeni imkanlar yarada bilər. 
- Cənubi Qafqaz ölkələrinin daxili sabitliyi ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycan və Gürcüstanda siyasi sabitlik hökm sürür. Ermənistanda isə mitinqlər səngimək bilmir. Ermənistanda keçirilən siyasi mitinqlərin arxasında əsasən keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi Qarabağ klanı dayanır. Onların əsas məqsədi ölkədəki sabitliyi pozmaq və Nikol Paşinyan hökumətini devirməkdir. Sarkisyan-Koçaryan cütlüyünün arxasında təbii ki, diaspora da daxil olmaqla, siyasi sifarişçilər və radikal qruplar dayanır.

- Sizcə Azərbaycan və Ermənistan arasında yekun sülh nə zaman bərqərar olacaq?

- Tərəflər arasında qarşılıqlı etimadın yenidən qurulması bir az zaman ala bilər. Çünki hər iki xalqın acı xatirələri var ki, bunları unutmaq bəzi insanlar üçün çətin ola bilər. Bu inamın qurulması üçün yaxın gələcək üçün perspektivlər var. Bunun üçün Rusiyanın bölgəyə hərbi müdaxiləsi dayandırılmalıdır ki, biz bunu yaxın keçmişdə görmüşük.

Ermənilər Qarabağda Muxtar Respublika yaratmaq fikrindən əl çəkməlidirlər, çünki bu problem ilkin olaraq Qarabağda ermənilər tərəfindən Rusiyanın hərbi dəstəyi ilə başladıldı. Fikrimcə, zamanın diktəsi fərqli reallıqlar yaradır və bütün məslələr ancaq bu istiqamətdə irəliləyə bilər.
- Təşəkkür edirik.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin