Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bizim.Media xatırladır ki, Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olub.
MÖVZU İLƏ BAĞLI:
Prezident Vilayət Quliyevə vəzifə verdi - SƏRƏNCAM
1970‐ci ildə Beyləqan rayonundakı G.Əsədov adına orta məktəbi əla qiymətlərlə bitrib. 1970‐1975‐ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Azərbaycanın sabiq xarici işlər naziri (1999–2004), Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004–2010), Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri (2010–2021) vəzifələrində çalışıb.
O, tənqidçi, ədəbiyyatşünas, tərcüməçidir. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, M.F.Axundov adına ədəbi mükafat laureatıdır.
3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 15-dən artıq kitabı çap olunub. Yaradıcılığının əsas istiqaməti Azərbaycan-Rusiya, İran, Türkiyə arasındakı 19–20 əsrlərdə mövcud olmuş ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir.
Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.
Bizim.Media