Rusiya 9 Mayda səfərbərlik edəcək? – Britaniyanın müdafiə naziri səbəbləri AÇIQLADI

Hazırda oxunan: Rusiya 9 Mayda səfərbərlik edəcək? – Britaniyanın müdafiə naziri səbəbləri AÇIQLADI

72568

ABŞ və Avropa  rəsmiləri hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər. 

Bizim.Media xəbər verir ki, bu iddia CNN başda olmaqla bir sıra ciddi media qurumları tərəfindən paylaşılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İngiltərənin Ukraynaya növbəti yardım paketinə nələr daxildir? - Baş nazirin ofisindən AÇIQLAMA 


“Bu Rusiyanın ehtiyat qüvvələrini tam səfərbər etməyə imkan verəcək, çünki müharibə davam edir  və Rusiyanın Ukraynaya apardığı qüvvələr tükənir”.

Bu mənada çıxış edən Qərb rəsmiləri söyləyiblər ki, Rusiya daxilində "Qələbə Günü" kimi tanınan 9 May bu ölkənin 1945-ci ildə nasistlər üzərində qələbəsini xatırladır. Qərb rəsmiləri çoxdan inanırdılar ki, Putin həmin günün simvolik əhəmiyyətindən və təbliğat dəyərindən istifadə edərək Ukraynada qazandığı hərbi nailiyyəti qeyd edəcək. Qərb rəsmilərinin sözlərinə görə,  planı baş tutmayan Rusiya lideri 9 Mayın əhəmiyyətli bir tarix olduğunu əsas tutaraq mobilizasiya elan edə bilər.

Rəsmilər, həmçinin, bir ssenari üzərində dərin işləməyə başlayıblar ki, o da Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edəcək.

Bu günə qədər Rusiya lideri bir neçə ay davam edən münaqişəni “xüsusi hərbi əməliyyat” adlandırmaqda israr edir və “işğal”  kimi sözləri, faktiki olaraq, qadağan edir. 
 

İngiltərənin müdafiə naziri Ben Uolles keçən həftə LBC Radiosuna müsahibəsində söyləyib ki, "Düşünürəm ki, o, "xüsusi əməliyyat" adlandırdığı mərhələnin üstündən keçərək meydanı qarışdıracaq. Səbəb kimi isə göstərəcək ki "bu, indi nasistlərə qarşı müharibədir və mənə daha çox insan  və silah lazımdır.”


Britaniyanın müdafiə naziri əlavə edib ki, münaqişə boyu Putin davamlı olaraq Ukraynaya - yəhudi prezidentinin olduğu bir ölkəyə - işğalını guya "denazifikasiya" kampaniyası kimi qələmə verib və bu təsvir həm tarixçilər, həm də siyasi müşahidəçilər tərəfindən rədd edilib.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin