"Türkiyə Rusiya- Ukrayna müharibəsində əsas həlledici tərəfə çevriləcək" - Türk hərbi ekspert detalları AÇIQLADI

Hazırda oxunan: "Türkiyə Rusiya- Ukrayna müharibəsində əsas həlledici tərəfə çevriləcək" - Türk hərbi ekspert detalları AÇIQLADI

72530

“Bu gün baş verən Rusiya-Ukrayna müharibəsinin hazırlığı 2014-cü ildən aparılır. Rusiyanın tək tərəfli olaraq digər ölkənin onu təhdid etdiyini iddia etdiyi  və öz vətənini təhlükədən qorumaq üçün başladılan bir müharibədir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında  Türkiyə ordusunun ehtiyatda olan generalı, hərbi ekspert Yücel Karauz söyləyib.

“Savaşın Odessa üzərindən Moldova torpaqlarına sirayət etməsi çox fərqli nəticələr doğuran bir məqam ola bilər. Eyni zamanda şimalda İsveç və Hollandiyaya yansıması da savaşın həcmini genişləndirə bilər. Lakin bunların içində ən kritik məqam Rusiyanın Polşaya hücum etməsidir.”
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyəli general 44 günlük müharibədən DANIŞDI: “10-15 ilə bərpa olunmayacaq”   


Rusiyanın Polşa fonunda Macarıstan və Çexiyaya da hücumuna da aydınlıq gətirən ekspert əlavə edib ki, bu təqdirdə savaş iki ölkə arasında olmaqdan çıxar, Rusiya-Nato, Rusiya-Qərb və Rusiya–ABŞ arasındakı bir savaşa çevirilə bilər.

“Polşa 1999-dan NATO üzvüdür. NATO üzvü bir ölkəyə hücum olduğu təqdirdə, digər üzv ölkələr bu hücumu özlərinə qarşı olmuş kimi qəbul edib, BMT-nin 51-ci maddəsinə istinadən özünü müdafiə haqqından istifadə edərək hücum olunan ölkəyə açıq hərbi dəstək verə bilərlər”.

NATO-nun 5-ci maddəsinin dövrəyə girə biləcəyini bildirən türkiyəli ekspertin fikrincə, bu maddə 30 üzv ölkəni birgə mübarizəyə sövq edə bilər.

“Hər hansı bir NATO üzvü olan ölkə bu zaman neytral mövqedən çıxış edə bilməz. Əgər belə məqamda NATO üzvü olan ölkə neytral davranarsa, gələcəkdə NATO-dan heç bir dəstək görməyəcək”.

Türkiyənin Rusiya- Ukrayna savaşındakı mövqeyini şərh edən türk general ölkəsinin hazırkı mövqeyinin Qərbin almış olduğu tədbirlərə mümkün olduğu qədər tərəfsiz bir şəkildə yaxınlaşmaq olduğunu bildirib. 

“Türkiyə öz  mənfəətləri ilə əlaqədar Rusiya və Ukrayna ilə münasibətlərini pozmayacaq şəkildə balansı təmin etməyə çalışır. Bu müharibənin dayanması üçün həqiqi mənada hər iki tərəflə dürüstlüyə köklənən danışıqlar aparır”.

Müharibənin həcminin genişlənməsinə münasibət bildirən ekspert vurğulayıb ki, əgər Rusiya NATO üzvü bir ölkəyə hücum edərsə, Türkiyə üçün də çətin bir vəziyyət yaranacaq. 

“Türkiyə bu zaman Montro anlaşmasına əsasən, müharibədə əsas həlledici tərəf halına gələcək. Hələ ki, müharibədə əsas həlledici tərəf Rusiyadır”.

Leyla Şah, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin