Bu gün ən müqəddəs bayramlardan biri olan Ramazan Bayramıdır. Bayram namazını da camaat şəklində qılmaq bu günün şərtlərindədndir. 
Görəsən, Azərbaycan parlamentində təmsil olunan millətin vəkillərindən sayılan kimlər bu gün camaatla birlikdə olub, namaz qılıb? 
Deputat Elman Nəsirov insanlarla bayramlaşsa da, bayram namazında iştirak etməyib: 
“Hər zaman seçicilərimlə ünsiyyətdəyəm. Hazırda Cəlilabadın Təzəkənd kəndində elektrik xətlərinin kabelləşməsi prosesində insanlarla bir yerdə olaraq onlarla bayramlaşıram. Amma namaz qılmıram. Buna baxmayaraq, Allahı sevən insanam. Hər zaman da qəlbimdə Allah məhəbbəti var”. 
Deputat Razi Nurullayev kənarda olması səbəbindən iştirak edə bilməyib. 
“Evdə olmadığıma görə, bayram namazında iştirak edə bilməmişəm. Ümumilikdə isə ibadətimizi etmişəm”. 
Deputat Elman Məmmədov namaz qılmadığını bildirdi:
“Namaz qılmıram. Adətən məscidlərə namaz qılanlar gedir. Allah oruclarını qəbul etsin. Bununla belə, ay ərzində bir neçə dəfə müəyəyn yerlərdə iftar süfrələri vermişik. Müxtəlif səviyyələrdə bayramlaşıb, təbrik etmişik”.  
Deputat Eldar İbrahimov da bayram namazında iştirak etməyib:
“Namaz qılmıram. Ona görə də iştirak etməmişəm”.
Deputat Azər Badamov da namaz qılmadığını bildirib. 
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Siyasət
							16:33 / 02.05.2022
							
						Millətin vəkilləri Bayram Namazında harada olublar? – Özlərindən AÇIQLAMA
						
							
								Hazırda oxunan: Millətin vəkilləri Bayram Namazında harada olublar? – Özlərindən AÇIQLAMA							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Millətin vəkilləri Bayram Namazında harada olublar? – Özlərindən AÇIQLAMA							
						72431
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































