İran MAQATE-ni xəbərdar etdi: “Nüvə fəaliyyətimizi sürətləndiririk”

Hazırda oxunan: İran MAQATE-ni xəbərdar etdi: “Nüvə fəaliyyətimizi sürətləndiririk”

7220

İran Atom Enerjisi Agentliyinin prezidenti Əli Əkbər Salihi parlamentdə qəbul edilən qanuna uyğun olaraq uranı yüzdə 20 faiz zənginləşdirəcəklərini söyləyib.

Bizim.Media “Anadolu” agentliyinə istinadla məlumat verir k, Salihi nüvə fəaliyyətlərinin sürətləndirilməsini və nüvə obyektlərindəki yoxlamaların məhdudlaşdırılmasını məcbur edən qanunu tətbiq edəcəklərini bildirib.

Qanunun hələ prezident Həsən Ruhani tərəfindən təsdiqlənmədiyini deyən, Agentlik rəhbəri təlimat veriləcəyi təqdirdə uranı yaxın gələcəkdə yüzdə 20 zənginləşdirəcəklərini açıqlayıb.

Bu çərçivədə MAQATE-yə məlumat verdiklərini söyləyən Salihi, "Məktubumuzu İranın Vyanadakı Daimi Nümayəndəsinə göndərdik. Müfəttişlər gəlib möhürlənmiş hissələri açmalıdırlar. Yaxın gələcəkdə uran qaz kapsulunu da yüksək səviyyəli uran istehsalı üçün MAQATE-nin nəzarəti altında əvəzləyəcəyik",-deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin