Azərbaycanın Ukraynadakı Səfirliyi fəaliyyətini BƏRPA ETDİ

Hazırda oxunan: Azərbaycanın Ukraynadakı Səfirliyi fəaliyyətini BƏRPA ETDİ

71994

29 aprel 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib. 

Səfirliyin ünvanı dəyişməyib - Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24. Telefon: +380 44 484 69 40, Faks: +380 44 484 69 32.

Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq sabit qrafik üzrə (Müraciətlərin qəbulu - 10:00-13:00, Hazır sənədlərin verilməsi - 15:00-18:00)  hər gün işləyəcək.

Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar. Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar. 

Həmçinin diqqətə çatdırırıq ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin