“Bu həftənin sonu Bakıda Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüşü olacaq” - ZAXAROVA

Hazırda oxunan: “Bu həftənin sonu Bakıda Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüşü olacaq” - ZAXAROVA

71900

“Yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Qarabağ üzrə üçtərəfli işçi qrupunun görüşü keçiriləcək, həmçinin bu həftənin sonunadək Xarici İşlər Nazirliyinin xətti ilə Bakıda təmasların keçirilməsi planlaşdırılır”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Nəticə verən formatlarda görülən real iş göz qabağındadır. Biz mövcud olan formatlarda qalırıq. Biz real nəticə verən sənədlərin formatlarına və həyata keçirilməsinə əhəmiyyət veririk. Bu nəticəni mülki şəxslər, təsərrüfat subyektləri, bütövlükdə region hiss edir”, – deyə Mariya Zaxarova vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin