Niyə Şuşaya gedənlər şəkil çəkib, paylaşmaq istəyir? – Millət vəkilindən MÖVQE

Hazırda oxunan: Niyə Şuşaya gedənlər şəkil çəkib, paylaşmaq istəyir? – Millət vəkilindən MÖVQE

71898

“Niyə hər bir azərbaycanlı Şuşaya gedəndə orada mütləq şəkil çəkib və çəkdirib paylaşmaq istəyir, bunun sirri nədədir? Relyefinin özəlliyindən doğan ecəzkarlığındamı, keşməkeşli tarixindəmi, yoxsa bir çox  böyük şəxsiyyətlərimizin kiçik Vətəni olmasındadırmı?  Məncə, Şuşa bizim üçün cağdaş Ötükən, 8 noyabr isə Ergənəkondur. Məhz Şuşanın azad olunmasıyla yaranışı 44 gün çəkən, çox populyar haralısan sualımızı və etnik mənşə məsələsini anoxronizmə çevirən müzəffər  millət doğuldu-Azərbaycan milləti”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Sahib Alıyevə məxsusdur.

“Şuşada şəkil çəkib paylaşmaq da elə alt şüurun diqtəsidir, bu, Şuşa mənim də kiçik Vətənimdir, mən də burada doğulmuşam, daha dəqiqi burada doğulan böyük Azərbaycan millətinin bir zərrəsiyəm deməkdir”, fikir bildirən deputat Zəfər Qurultayının Şuşada keçirilməsi ilə bağlı da mövqeyini açıqlayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Şuşada Xarıbülbül çiçək açmağa başladı - FOTO


“Yəqin, Dünya Azərbaycanlılarının Zəfər qurultayında  Prezidentimizin qürbətdə yaşayan soydaşlarımıza ildə bir dəfə Vətənə gəlmək, Şuşaya baş çəkmək çağırışının kökündə də elə bu durur. Həm də o durur ki,  onlar gəlib buradan güc alıb getsinlər. Çünki Şuşada olan energetika Qafqazın heç bir yerində yoxdur.

O da səbəbsiz deyil. Məhz Cıdır düzündə, bir zamanlar sənə yuxarıdan aşağı baxmağa cəhd edənlərin sözün hər anlamında nə qədər alçaqda olduğunu görüb də anlayırsan ki, Şuşa 44 günlük savaşa qədər Azərbaycanın mədəniyyət paytaxtıydısa, artıq regionun belə demək mümkünsə, geosiyasi paytaxtıdır. Cənab Əliyevlə sayın Ərdoğan  ötən il iyunun 15-də Müttəfiqlik Bəyannaməsi imzalamaqla, fikrimcə, elə onu təsbit etdilər”.

Millət vəkili Milli Məclisin Şuşada keçirilən komitə dinləmələri ilə bağlı da fikirlərini bölüşüb:

“Dünyanın, eyni zamanda da regionun gələcəyinin müəyyənləşdirildiyi, proseslərin bifurkasiya nöqtəsinə çatdığı indiki vaxtda baş verənləri Helford Makkinder nəzəriyyəsinə dayanaraq qiymətləndirməli olsaq, bəli,  Qarabağ öz Şuşasıyla indi Qafqazın "Heartland"idir. 
Ona görə də  Azərbaycan parlamentinin komitə toplantılarının Şuşada keçirilməsində həm də Qafqazda ucada dayanmanın bir rəmzliyi də yox deyil ki, dünən  İctimai birliklər və dini qurumlar komitəsilə İnsan hüquqları komitələrinin birgə dinləmələrinə qatılaraq onun qürurunu yaşayanların arasında mən də vardım”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin