Azərbaycan-Ermənistan nizamlanmasına dair formatlardan biri konkret nəticələr verir – Rusiya XİN 

Hazırda oxunan: Azərbaycan-Ermənistan nizamlanmasına dair formatlardan biri konkret nəticələr verir – Rusiya XİN 

71886

Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dair müxtəlif formatlar mövcuddur. Biz görürük ki, formatlardan biri konkret nəticələr verir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Həm Bakı, həm də İrəvanı qane edən konstruktiv nəticələr verən formata Rusiya daha çox diqqət ayırır. Buna uyğun olaraq, əgər format Bakı və İrəvanı qane edirsə, o zaman bizi də qane etmiş olur. İkinci format da mövcuddur.
Bu formatın tarixi var. Biz də həmin formatda təmsil olunuruq. Lakin bu format (ATƏT-in Minsk Qrupunun həmsədrləri formatı-red) indiki mərhələrə heç bir səmərəlilik gətirmir. Bununla belə, əsas diqqəti həqiqətən səmərəli xəttə yönəldirik” – deyə Zaxarova qeyd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin