“Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın yeni ildə Azərbaycana gəlməsi iki qardaş ölkə arasında hərbi-texniki əməkdaşlığı daha da inkişaf etdirmək, Rusiya hakimiyyətinin Azərbaycana qarşı Dağlıq Qarabağda təzyiqlərini neytrallaşdırmaq və xüsusilə Xocalı aeroportunun açılmaması üçün bu məsələdə birgə çıxış etməkdir”.
Bizim.Media xəbər verir ki, bu şərhlə Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin imza atdığı üçtərəfli Bəyannamədə öhdəlikləri yerinə yetirmir:
“Nikol Paşinyan isə imza atdığı öhdəliklərə uyğun olaraq Azərbaycanla sərhədin müəyyənləşdirilməsini həyata keçirir, Azərbaycan ərazilərindən silahlı qüvvələrini geri çəkib və status məsələsini kənara qoyub. Narazı erməni cəmiyyətinə “sərhədlərimizə çəkilirik” açıqlamasını verir.
Həmçinin, Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasına çalışır. Putin isə, Paşinyan kimi öz imzasına hörmət etmir. O, imza atdığı öhədliklərə uyğun olaraq silahlı erməni birləşmələrini bu ərazilərdən çıxarmır. Əksinə, Rusiya "sülhməramlı" adında hərbiçiləri vasitəsilə Ermənistan ərazisindən yeni silahlı erməni birləşmələri gətirir. Separtçıları qoruyur və onların "statusunu" gündəmə gətirir. Azərbaycan hərbiçilərinə qarşı diversiya və təxribatların həyata keçirilməsi üçün erməni yaraqlılara təlim keçir”.
Politoloqun sözlərinə görə, Rusiya Dağlıq Qarabağda sülhün təminatçısı rolunda çıxış etmir:
“Ermənistanı müdafiyə edərək, Azərbaycan köçkünlərinin geri qayıtmaması üçün erməni silahlı birləşmələrini bu ərazilərdə yerləşdirir, yeni səngərlər qazılır və döyüş postları yaradılır. Ötən gün separatçıların rəhbəri Arayik Arutunyan yeni döyüş postları və səngərlərə baş çəkib. Bütün bunlar Rusiya sülhməramlı qüvvələrinin himayəsi ilə həyata keçirilir".
"Arayik Arutunyan və Vitali Balasanyan artıq göstərişi Yerevandan deyil, Kremldən alır. İki şəxs Azərbaycana qarşı yeni müharibə və yeni ordu qurulacağını vurğulayır. Təbii ki, onlar Rusiya rəhbərliyinə arxayın olub belə avantürüst fikirlər ortaya qoyur. Bir sözlə Rusiya hakimiyyəti burada separatizimi dəstəkləyir və onları Azərbaycana qarşı gücləndirir. Belə olan təqdirdə Türkiyə Azərbaycanda öz hərbi personalı ilə qalıcı olacaq”.
Siyasi şərhçinin fikrincə, Türkiyə Qarabağda öz hərbi qüvvələrini gücləndirməklə, Azərbaycan hərbiçiləri ilə birgə xidmət aparacaq:
“Rusiya isə, Azərbaycan və Türkiyə əvəzinə, həmçinin bu ölkənin geosiyasi maraqlarını terrorçu Arayik Arutunyan və Vitali Balasanyanla əvəz edib. Düşünürəm ki, Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan onların bu planını da pozacaq".
"Regionda Türkiyənin mövqeyi güclənəcək və Rusiya kiçik bir ərazidə ermənilər vasitəsilə heç bir uğura malik olmayacaq”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:57 / 02.01.2021
“Azərbaycan və Türkiyə prezidentləri Rusiyanın bu planını pozacaq”- POLİTOLOQ
Hazırda oxunan: “Azərbaycan və Türkiyə prezidentləri Rusiyanın bu planını pozacaq”- POLİTOLOQ
Hazırda oxunan: “Azərbaycan və Türkiyə prezidentləri Rusiyanın bu planını pozacaq”- POLİTOLOQ
7183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.